Modern.az

Nazirlər Kabineti 2015-ci ildə Azərbaycanda bayram günlərini açıqladı

Nazirlər Kabineti 2015-ci ildə Azərbaycanda bayram günlərini açıqladı

24 Noyabr 2014, 13:48


Noyabrın 21-də Azərbaycan Respublikasının Nazirlər Kabineti “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a məlumat verilib.

Qərarda deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2015-ci ildə 20, 21, 22, 23, 24 mart - Novruz bayramı,

17, 18 iyul - Ramazan bayramı,

24, 25 sentyabr - Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi