Modern.az

Sumqayıtda qumar oynanılan üç kafe aşkarlanıb

Sumqayıtda qumar oynanılan üç kafe aşkarlanıb

İqtisadiyyat

24 Noyabr 2014, 16:40


Noyabr ayının 21-də Sumqayıt şəhərində Vergilər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində fiziki şəxslər Pərviz Səmədovun, Süleyman Süleymanovun və Anar Tanrıverdipurun sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları “Napoli”, “Milan” və “Beşiktaş” çay evlərində qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkar edilib.

Bu barədə Modern.az-a Vergilər Nazirliyinin informasiya-analitik şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, P.Səmədov və S.Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb, bundan başqa hər üç şəxs tərəfindən obyektlərdə kompüter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının (“çərxi-fələk” - “russkaya ruletka”, loto və s.) keçirildiyi də müəyyən olunub.

Hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb. Toplanan materiallar qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanaraq, cinayət işinin başlanması məqsədilə ilə aidiyyəti üzrə göndəriləcək.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...