Modern.az

Yılmaz Vural: “Çox iddialıyam, Türkiyə üçün planlaşdırdığım hər şeyi Azərbaycan millisində edəcəyəm!”

Yılmaz Vural: “Çox iddialıyam, Türkiyə üçün planlaşdırdığım hər şeyi Azərbaycan millisində edəcəyəm!”

25 Noyabr 2014, 12:59

Futbol üzrə Azərbaycan milli komandasında baş məşqçi olmağa ən real namizədlərdən sayılan türkiyəli Yılmaz Vural yeni iddialı açıqlamalarla gündəmə gəlib. “Çox iddialıyam, Türkiyədə planlaşdırdığım hər şeyi Azərbaycan millisində edəcəyəm” deyə məşqçi bildirib.
Yılmaz Vural “təbii ki, Azərbaycanda olmaq istəyərdim. Çünki Azərbaycan bizi çox sevir, məndən pasport belə, tələb etməyəcəklərini bilirəm. Ora mənim öz ölkəm kimidir, orada özümü yad hiss etmərəm” söyləyib

Modern.az saytının xəbərinə görə, Tükiyənin tanınmış futbol mütəxəssisi və adı Azərbaycan millisinin baş məşqi postuna namizəd olaraq hallanan Yılmaz Vural bir müddətlik fasilədən sonra çalışmaq istədiyi ilk milli komandanın məhz Azərbaycan olmasını arzu edir. Emosionallığına görə qardaş ölkədə diqqət çəkən baş məşqçi deyib:

“Məşhur bir deyim var: Bir millət iki dövlət. Biz bir millətik,  orada çalışmaq elə də çətin olmaz. Bir-birmizi çox yaxşı başa düşürük. Bir az türkcəmiz ayrıdır. Amma onlar bizim danışdığımız türk dilini çox gözəl başa düşürlər. Sən də bir az başını yorsan, onların danışdığı türk dilini anlaya bilərsən. Bu cür rabitə qura bilmək çox gözəldir. Əgər alınsa, bu çalışdığım ilk milli komanda olacaq”

Yılmaz Vural baş məşqçi olacağı təqdirdə çox böyük iddialarla çıxış edəcəyini bildirib:

“Danışıqlar təbii ki, müəyyən bir mərhələyə çatıb. Ölkə xaricində çalışmaq təbii ki, çox çətindir. Amma Azərbaycanla artıq danışıqlar gedir və bu gün də davam edir. Azərbaycan millisində baş məşqşi postuna 3-4 namizəd var.  Əgər inşallah, mən olsam,  çox iddialı deyirəm, Türkiyə üçün planlaşdırdığım hər şeyi Azərbaycan millisində edəcəyəm.”

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu