Modern.az

Əfsanəvi “ARQO” gəmisinin sirri - III Hissə

Əfsanəvi “ARQO” gəmisinin sirri - III Hissə

26 Noyabr 2014, 00:05


Reyn-Elba çayları arasında məskunlaşmış girdiman-german tayfalarından  ayrılan qardaşlar Britaniyaya, Qalliyaya, Skandinaviyaya ayrılıb getməzdən  əvvəl əsrlərlə Roma imperiyasının güclü hərbi və mədəni təsiri altında olduqlarından dilləri “romanlaşmağa”  məruz qalmışdır. Belə ki Yuli Sezar Qalliyanı işğal etdiyi vaxtlarda  Britaniyanı da, german tayfalarını da  itaət altına alıb  o əraziləri də Romaya qatmışdı. German tayfalarının dillərinin sonradan romanlaşması barədə alimlərin fikirləri birmənalıdır, yəni heç birisindəşübhə yoxdur ki, latıncadan əvvəl  onların dilləri başqa imiş. Amma hansı dil imiş? Tarixçilər qədim romalıların tarixi mənbələrindəki məlumatlarından başqa  german tayfalarının mənşəyi haqqında onlara heç nəyin məlum  olmadığını   “etiraf edərək” bu barədə susmağıüstün tuturlar. Amma həmin o qədim romalıların tarixi mənbələrindəncə german tayfalarının yaşadıqlarıərazilərdən, təbii ki, xəbərləri olmamış deyil; o zamanın romalıları, şübhə yox ki, o tayfaların məhz  türkdilli olduqlarını bildikləri üçün “Germaniya”  deyəndə indiki Fransanın şərq sərhədlərindən ta Ural dağlarına, Ural çayına qədər olduqca böyük əraziləri nəzərdə tuturdular.

Qalliyadan Ural dağlarına qədər...Yəni Avropanın  mərkəzindən ta onu Asiya qitəsi ilə ayıran dağlara qədər.. Bu danılmaz faktdır. Və   məntiq  deyilən bir  şey  də vardır faktlar  üzərində  düşünmək üçün... hər halda...

Nə isə... Troyalı Eneydə qalmışdıq deyəsən...

Demək, həmin o Eneyin gəmilərinin Etruriyada, Turan-Tirren  dənizi sahillərində lövbər salmasından  təxminən  400 il sonra , daha  dəqiq, eradan əvvəl 753-cü ildə Romul tərəfindən Roma şəhəri salınır. Yeni salınmışşəhərə hər tərəfdən insanlar cəlb etmək üçün Romada yaşamaq  istəyən  hər kəsə Romul geniş torpaqlar, eyni hüquq və azadlıq vəd edir. Ona görə də Romaya etrusklardan, sabilərdən başqa yarımadanın dörd bir tərəfindən hər cür cinayətkarlar, qullar, yoxsullar, macəra axtaranlar da axışmağa başlayır. Apenninə  gəlişlərindən  iki min ildən dəçox zaman keçən və buna  görə də  dilləri ilkin türkcə  halından  uzaqlaşan, müxtəlif pelask nəsillərindən olan  həmin  bu  insanların toplaşaraq  çoxluq  təşkil  etdikləri bu  şəhərdə yavaş-yavaşəksəriyyətini əski türkcə sözlər təşkil  edən yeni bir dil  formalaşmağa başlayır. Latın dili. Daha doğrusu, bu dil yarımadanın pelasklar yaşayan bölgələrində pozuq şəkildə, şifahi olaraq işlənməkdəydi, sadəcə Roma artıq o təhrif olunmuş sak türkcəsində danışanların ilk böyük şəhəri olduğu üçün vahid şəhər mədəniyyətində o dil zamanca rəndələnməyə başlanaraq mədəni  dil, yazı  dili  səviyyəsinə yüksələ bilir.

Yəni latın deyilən xalq vahid türk millətinin qollarından birindən törəmə xalqdır. Qəti olaraq sak türklərindən.

İtaliyanın  Torino universitetinin alimləri  artıq özləri  üçün  qəribə  olan fakt qarşısında qalmışlar; azı üç nəsil Toskanada yaşayan köklü italyanlardan yüzlərcəsinin qanını İtaliya ətrafında, Balkanlarda və Türkiyədəki insanların qanları ilə yoxlamışlar, DNK analizləri yalnız türklərin qanına yaxınlıq  göstərmişdir. Bu işə rəhbərlik edən məşhur italyan genetika mütəxəssisi  etiraf  etməli  olmuşdur ki, Herodot yalan söyləmirmiş.

Yəni guya bilmirlərmiş həqiqəti. Bilirmişlər, sadəcə türkdən törəmə olduqlarını etiraf etməyi  şanlarına sığışdıra bilmirmişlər. Elmi  faktdan isə yan qaça bilməmişlər. Guya bütün  dünya  bilmir etrusk yazılarından qalma beş minə qədər söz var, onların yalnız  cüzi  bir  hissəsi açıqlanmışdır. O açıqlanan, latıncaymış kimi göstərilən sözlərin yarıdan çoxu da əski türkcədir.

Romalılar etrusklardan yazını, heyvandarlığı, torpaq əkib-becərmək qaydalarını, metaləritməni, əlifbanı, məktublaşmanı, eləcə də qədim əfsanələrini götürüb özününküləşdirmişlər. Onlar  bunu  danmırdılar, qalib romalılar hər zaman deyirdilər ki, hətta dövlət quruculuğunu, şəhər mədəniyyətini etrusklardan götürmüşük. Özününküləşdirdikləri əfsanələrdən başlıcası isə Goroğlu əfsanəsi olmuşdur. Amma Gerkules, Herkules kimi. Və bir də öz tanrı və tanrıçalarıyla kifayət qədər bəzək-düzək qoşaraq, cürbəcür macəralar əlavə edərək. Ona görə də Romalıların Herkulesi ilə yunanların Heraklı eyni şeydir, çünki ikisini də türkdillilər gətiriblər Orta Asiyadan  Balkan və Apennin yarımadalarına. Koroğlu  kimi.

Dünya  xalqlarının  formalaşması  məsələsində türk izini itirmək üçün ortalığa bir “Hind-Avropa” ideyası atmışlar, yəni bunlar  kökü bir olan xalqdan yaranmışlar, amma guya o xalqın adının nə olduğunu heç cür biləmmirlər, cürbəcür hipotezlər irəli sürürlər, arxeoloji qazıntılar aparırlar, heç  cür  ortaq bir  fikrə  gələmmirlər. Amma qəribədir ki, həmin o hind-Avropalıların əcdadlarının eradan qabaq dördüncü minillikdə indiki Dneprlə Volqa çayları arasında, indiki Ukraynanın şərqi ilə Rusiyanın cənubunda yaşadığını dəqiq  bilirlər.Yəni  Dəşti-Qıpçakda. Qıpçak  çöllüyündə.

Xeyr, əslində qəribə deyil, həmin o coğrafiyada neçə min illərdir köklü olaraq hansı millətin yaşadığını bilməmək özlərinə alim deyənlər üçün ayıbdır, bilib susmaq isə  vicdansızlıq.

Yəni heçözləri özlərinə sual vermirlərmi ki, misal üçün, o boyda yarımadanın adı görəsən niyəəsil türkcədir? Hansı hind-Avropa qrupuna daxil olan xalqın dilində var “Balkan” sözü? Əgər hansı sözlərinisəəyib-burub bu sözə bənzətməyəçalışan olarsa elə isə izah etsin görək Balkan yarımadasından çox uzaqlardakı Başqırdıstana necə gedib çıxıb  bu  söz?  Orada bu adda yaşayış məskəni də var, dağ da. Balkan-tau  deyirlər  dağa, alçaq dağ olsa da xalq arasında  böyük  ehtiram  göstərilir  ona, çünki qədim əfsanəyə  görə  o  dağın  lap  başında  iki  sevgili  dəfn  edilib.

Nə isə...Tur Heyerdal kimi tək-tük vicdanlı alimlər istisna olmaqla  qəlblərində türk insanının şanlı keçmişinə sönməz nifrət  bəsləyən  xristian tarixçilərinin malalayıb ört-basdır  etmək istədikləri  tarixin gizli qatlarına kiçik səyahətdən  sonra  əfsanəyə  qayıdaq.

Demək, ilahidən möcüzəli pay olan qoça minən Friks gəlib Qafqaza, Kolxidaya  çatır. Yetkinlik yaşına çatanda oranın hökmdarı ona öz qızını verir, qoçu isə Allaha qurban kəsirlər, qızıl yunlu dərisini isə müqəddəs bir əmanət kimi bir ağacdan asırlar ki, ağzından od püskürən əjdaha daim onu qorusun. İndi deyəcəklər, əgər söhbət İbrahim peyğəmbərin oğlu İsmayıldan gedirsə o, Qafqaza niyə gəlməlidir? Həzrət İbrahim ikinci arvadı Həcər xnımla körpəİsmayılı Məkkəyə, Kəbəətrafına gətirmirmi? Elədir, Məkkəyə gətirir. Tarixi fakt budur. Əfsanə isə tarix deyildir, tarixi hadisə ətrafında şifahi xalq yaradıcılığının improvizasiyasıdır. Hansı xalqın arzusu, istəyi nədirsə  o tarixi hadisəyə onu qatar. Demək, Friksin niyə Məkkəyə deyil, Qafqaza getdiyini bilmək üçün “Arqonavtlar” əfsanəsini kimlərin yaratdığı haqqında düşünmək lazımdır. Yunanlarmı yaratmışlar onu? Belə qəbul edilmişdir ki, bəli. Amma yunanlar onu sadəcə eradan qabaq 3-cü əsrdə qələmə almışlar, yəni min illərlə dildən dilə, ağızdan ağıza keçən əfsanəni Makedoniyalı İskəndərin zəkası və qılıncı gücünə böyük bir imperatorluq yaratdıqdan sonra itib batmamaq üçün yazıya almışlar. Əfsanəni yaradanlar isə bu yazıdan 16 əsr əvvəl Balkan yarımadasına şimaldan və cənubdan gələnlər, yəni yunanların əcdadları olmuşlar. Cənubdan gələn yevreyoğullarının  “qızıl yunlu qoç” haqqındakı hekayələri şimaldan gələn türkoğullarının “Goroğlu-Herakl” haqqındakı hekayələri ilə yoğrulmuş, sonunda  “Arqonavtlar”  kimi gözəl bir əfsanə yaranmışdır.

Fikir verin: qoç Friksin atası üçün göndərilib ki, Friks qurbanlıq olmasın, yəni onun qızıl yunlu dərisinə də Friks və ondan törəyənlər sahib olmalıdırlar. Elə deyilmi? Amma qızıl yunlu dərini o dəriyə heç bir aidiyyəti olmayan Peliy ələ keçirmək istəyir ki, xoşbəxt yaşasın. Yəni müqəddəs əmanət kimi qorunan bir şeyə sahib olub müqəddəsliyi öz nəslinə çəkmək istəyir. Niyə?  O ki  hökmdar idi, ailəsi də vardı, nəyəsə ehtiyacı yoxdu axı. ”Qızıl yunlu dəri” nəyi dəyişə bilərdi Peliy və ondan törəyənlər üçün? O  dərinin möcüzəli bir  gücü, qüdrəti  vardımı?

Xeyr. Möcüzə də, güc də, qüdrət də Allah Təaladadır. O qoçə hvalatındakı möcüzə qoçun Allah Təala tərəfindən heç bir yerdəncə peyda edilməsidir, çünki O hər şeyə qadirdir. Qoçun özü isə adi qoç idi, dərisinin yunu əksər qoyun-quzunun dərisi kimi sarı rəng çalarında olduğu üçün “qızıl yunlu qoç” demişlər. Qırmızıya çalan sarı rəngə indi də “qızıl sarısı kimi rəng” deyirlər. Elə isə adi qoç dərisi Peliyə və ondan törəyənlərə nə verə bilərdi?

Əzizlərim, əfsanənin yaradılmasında məqsəd buradadır, burada yatan hikmətin açarıdır bu sualın cavabı. Peliy də, arqonavtlar da bilməmiş deyildilər ki, o qoçun dərisi xalis qızıldan olsaydı belə o boyda “Arqo” gəmisinə və o boyda səyahətəçəkilən xərcin bəlkə də mində birini ödəməzdi  o xalis qızıl. Amma o dəri gətirilsəydi, dünyanın dörd bir yanından o ilahi əmanətə baxmaq üçün saysız zəvvarlar axışacaqdı Peliyin hökmranlıq etdiyi torpaqlara, həm də bu zəvvarlıq nəsildən nəsilə ötürülərək davamlı hal alacaqdı. O zəvvarlar axınının gətirəcəkləri qurbanlıqlar hesabına, sədəqələr, nəzir-niyazlar hesabına  xəzinə dolub daşacaqdı. Peliyin dərdi-azarı budur. Yason  da  Peliylə bir nəsildəndir, onun  qardaşı  oğludur və elə onun ağıldadır, onun da dərdi azarı odur ki, müqəddəs əmanəti Qafqazdan gətirib Peliyə çatdırsın ki, Peliy hakimiyyəti ona versin. Yəni həm Peliyin, həm də Yasonun istəyi xeyirxah istək deyil; biri hiyləgərliklə müqəddəsliyi öz əlinə almaq istəyir, o birisi də o müqəddəsliyin hesabına hakimiyyətə sahiblənmək xəyalları qurur..

Bax bu yerdə deməliyəm ki, bu əfsanə çox dərin düşüncənin məhsuludur, çünki bu əfsanədə bəşəriyyətdən gizlədilmiş həqiqət yatır, sanki cənubdan Balkan yarımadasına gələn yevreyoğulları vicdanlarının səsinə qulaq asıb öz qan qardaşlarının din barədə hiyləgərliklərinin üstünü açmışlar. Belə ki, bu əfsanədə Peliy və Yason nəsli yevreyoğulları nəslidir, Friksin atası Afamant isə müqəddəslik verilmiş İbrahim peyğəmbərdir. Yəni Frikslə Peliy əmiuşaqlarıdırlar, necə ki  türklərlə yevreylər / eləcə də ərəblər / əmiuşaqlarıdırlar. Yevreyoğulları şumer türklərinin paytaxtı Ur şəhərindən qaçıb onlara  pənah gətirən türkoğlu İbrahim peyğəmbəri türklərdən yox, yevreylərdənmiş kimi qələmə verməklə bəşəriyyəti aldatmışlar ki, bütün dünya ”seçilmiş xalq”ın yevreylər olduğunu güman etsin. Həm də bu yalan beyinlərə elə möhkəm oturdulub ki, heç kim fərqinə də varmır ki, necə olur bir atanın bir oğlundan, İshakdan olan bütün peyğəmbərlər həzrət İsa da daxil olmaqla yevrey oldu, o biri oğlu İsmayıl və İsmayılın  nəslindən olan Məhəmməd peyğəmbər isə ərəb oldu?

Əfsanədə düzgün olaraq Peliylə Friks əmiuşaqları kimi göstərilmişdir. Ona görə də yevreyoğullarının əksinə olaraq Peliy üçün nə Friksi, nə də onun atasınıöz nəslindənmiş kimi göstərməyə ehtiyac yoxdur, belə ki, əmiuşaqlarıdırlarsa demək ki bir nəsildəndirlər. Bir qalır   “seçilmiş xalq ola bilmək”, onun üçün isə, sadəcə olaraq, müqəddəslik rəmzi olan qızıl dərini ələ keçirmək lazımdır, vəssalam.

(ardıı var)

Mirzə  Hacıyev


***
Əfsanəvi “ARQO” gəmisinin sirri - I Hissə
//modern.az/articles/67759/1/

Əfsanəvi “ARQO” gəmisinin sirri - II Hissə
//modern.az/articles/67831/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI