1918-ci ildə Bakını bolşevık və daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın qardaşı nəvəsi Osman Mayatepek Modern.az saytının əməkdaşı ilə söhbəti zamanı maraqlı məsələlərə toxunub. Osman Mayatepek Türkiyənın hərbı naziri olmuş Ənvər paşanın nəvəsidir.
Uzun illər Amerıkada yasamış O.Mayatepek bildırib ki, Azərbaycana gəlmək, Azərbaycanı görmək onun coxdankı arzusudur.
İndi ömrünün 64-cü ilini yaşayan O.Mayatepek deyıb ki, heç olmasa bu yaşında Azərbaycanı ziyarət etmək istəyir.
“Bizim nəslimizin bir hissəsi Azərbaycanla bağlı olub. Təbii ki, mən də o nəslin davamçısı kimi ana yurdumuz Azərbaycanda olmaq istərdım. Və yaxın zamanlarda Bakıya mütləq səfər edəcəm”.
Azərbaycanı çox sevdiyini, Türkiyə ilə Azərbaycan arasında heç bir fərq qoymadığını deyən Osman Mayatepek bildirib ki, 1992-cı ildə İstanbulda Azərbaycanın birinci prezidentı Ayaz Mütəllibovla görüsüb:
“Bizi o zaman Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl görüşdürdü. O zaman Azərbaycan müstəqiliyini elan etmişdi. Düsündüm ki, Azərbaycan prezidenti Ayaz Mütəllibov məni çox isti qarşılayacaq. Amma bunun əksini gördüm. O niyə belə etdi, bilmirəm. Sanki mənim nəslim Azərbaycana çox böyük pislik etmişdi. Doğrusunu desəm, ondan sonra Azərbaycanı görmək istəyim bır qədər soyudu.
Ancaq 1995-ci ildə Amerikada Azərbaycanın o zamankı prezidenti Hydər Əliyevlə də görüşdüm. O məni elə doğma qarşıladı ki, sevindim. Hətta o zaman Heydər Əliyev məni Azərbaycana dəvət etdi. Ancaq buna zaman olmadı. İndi isə Azərbaycanı görmək istəyirəm. Mütləq Bakıya gedəcəm”.
Qeyd edək ki, Modern.az-ın rəhbəri Elşad Eyvazlı Bakcell şirkətinin dəstəyi ilə bir layihə həyata keçırır. Layihə çərçivəsində o, Nuru paşanın qardaşı nəvəsi Osman Mayatepeklə Türkiyədə görüşüb. Onunla geniş müsahibə tezliklə Modern.az-da yerləşdiriləcək.
Modern.az