Ötən gecə Moskvada son saniyələrdə qalibiyyəti əllərindən qaçıran “Roma” futbol klubunun üzvləri matç sonrası qalmaqallı hərəkətləri ilə diqqət çəkiblər. Modern.az saytı Rusiya mətbuatına isitnadən xəbər verir ki, Rusiyanın MOİK klubu ilə qarşılaşmadan 1:1 hesabı ilə ayırlan romalı futbolçular oyundan sonra qaldıqları “Şeraton” mehmanxanasına gəliblər. Mehmanxananın girişində onları gözləyən jurnalistlərin suallarına cavab vermkədən imtina edən italyan futbolçular birbaşa öz nömrələrinə qalxıblar. Gərgin matç sonrası yuyunan və istirahət edən romalılar gecə saat 2-də mehmanxananın foyesinə gələrək, ətrafdakı insanlardan Moskvada istirahət etmək üçün məkanların ünvanını soruşublar.
Öncə taksilərə minərək şəhərin mərkəzindəki Qızıl Meydana yollanan futbolçular tarixi yeri piyada gəziblər.
“Vasili Blajennı” kilsəsinin önündə çoxlu “selfi” etdikdən sonra şaxtadan şikayətlənən əcnəbi qonaqlar heç-heçəni qeyd etmək üçün “Eqoist-Qold” striptiz klubuna baş çəkiblər. Alicənablığı ilə tanınan, iki uşaq atası 38 yaşlı Françesko Totti bu “təhlükəli” məkana getməkdən imtina etsə də, digər futbolçular hamılıqla striptiz kluba baş çəkiblər. İki saat yarım klubda əyləndikdən sonra mehmanxanaya qayıtmaq istəyən “Roma”nın oyunçuları gözlənilməz hadisə ilə qarşılaşıblar. Striptiz klubun girişində onları rusiyalı jurnalistlər gözləyirmiş. Əvvəlcə, futbolçular jurnalistlərdən qalmaqallı şəkillərinin yayımlanmamasını xahiş edib.
Striptiz klubu ziyarət etdikləri üçün ailələrində problemlərin yaranacağını deyən futbolçular jurnalistlərlə danışıqlar aparan zaman klubun menecerləri kobud müdaxilə etməklə jurnalistlərin fotokameralarını zorla onların əllərindən almağa çalışıblar və ölümlə hədələyiblər.
“Sən qız olsan da, səni vuracağam”, - deyə menecerlərdən biri rusiyalı jurnalist xanımı hədələyib. Bu zaman yarımmüdafiəçi Danile de Rossi jurnalist xanımın könlünü almağa çalışıb. O, heç bir təqsirinin olmadığını da deyib.
“Mən, sadəcə Qızıl Meydanda gəzmək istəyirdim. Amma sonra onlar striptiz kluba getmək istədilər və məni də özləri ilə apardılar. Həqiqətən, mən heç nə etməmişəm. Sadəcə, baxırdım və içki içirdim. Siz mənim ailəmi dağıda bilərsiniz”, - 31 yaşlı, 2 uşaq atası olan de Rossi jurnalistlərə deyib. Jurnalistlərin fotokameralarındakı bütün şəkilləri silən “Roma”nın oyunçuları məmnun halda mehmanxanaya yollanıblar.
Buna baxmayaraq, rusiyalı jurnalistlər qalmaqallı fotoları artıq yayımlayıblar. Modern.az həmin fotoları təqdim edir.
Modern.az