Modern.az

Azərbaycanın varlı adamları Türkiyədəki bu məşhur diş klinikasına gedirlər - FOTOLAR

Azərbaycanın varlı adamları Türkiyədəki bu məşhur diş klinikasına gedirlər - FOTOLAR

28 Noyabr 2014, 10:43

Türkiyənin İstanbul şəhərində faəliyyət göstərən “İlker Erdoğan” diş klinıkası dünyanın məhşur və zəngin adamlarının müraciət etdiyi tibb ocaqları sırasındadır.
Modern.az saytının xəbərinə görə, hətta Azərbaycanın da tanınmış simaları, imkanlı və vəzifəli adamları öz dişlərini məhz bu məşhur klinikada müalicə etdirirlər. 

Klinikanın sahibi İlker Erdoğan Modern.az saytına verdiyi açıqlamada deyib ki, dünyanın hər yerindən onların klinikasina müraciət edənlər var:

“Amerikdana tutmuş Rusiyaya qədər, Avropa ölkələrinin hamısı daxil olmaqla bütün ölkələrdən bizə müraciət edirlər. Türkiyəni yönəldən siyasətçilər, iş adamları da dişlərini bizim klinikada müalicə etdirirlər. Bu günə qədər bizdən kimsə narazı qalmayıb.
Klinikamız dünyanın ən müasir texnologiyalarından istifadə edir. Əsas hədəfimiz müraciət edən xəstələrin hamısının bizdən razı qalmasıdır. Bü günə qədər demək olar ki, bu hədəfimizə çatmışıq”.

İ.Erdoğan bildirib ki, əksər zamanlarda müraciət edənlərin sayı çox oluğundan xəstələrin qəbulu məsələsində növbələr yaranır: “Ona görə dişlərini müayinə və müalicə etdirmək istəyən insanlara öncədən müraciət etmələrini bildiririk. Çünki bəzən isanlar bu məsələdən rahatsız olurlar. Bu rahatsızlığın yaşanmaması üçün onların əvvəlcədən müraciət edib özləri üçün vaxtı konkretləşdirmələri vacibdir”.

Klinika sahibi onu da qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə anlaşmaları var: “Bu anlaşmaya əsasən Azərbaycandan diş həkimi olmaq istəyənləri təcrübə keçmək üçün klinikamıza götürəcəyik. Bütün xərcləri klinika öz üzərinə götürüb. Azərbaycan Tibb Universiteti rəhbərliyi nə zaman uyğun bilərsə, biz bunu gerçəkləşdirəcəyik. İstəyimiz azərbaycanlı dostlarımıza dəstək verməkdir”.

Azərbaycandan hansı tanınmış simaların “İlker Erdoğan” diş klinıkasına müraciət etdiyini xəbər alınca, tibb ocağının sahibi onların bir deyil, beş deyil, daha çox olduğunu vurğulayıb. Əlavə edib ki, aralarında bütün sahələrdə təmsil olunan məşhur adamlar var: siyasətçilər, deputatlar, iş adamları, şou-biznes nümayəndələri və s. Təkcə özləri deyil, ailə üzvləri də dişlərini  “İlker Erdoğan”da müalicə etdirilər. Amma klinika sahibi ad çəkmək istəmədiyini qeyd edib.









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi