Modern.az saytının öz oxucuları arasında keçirdiyi “Hansı Azərbaycan diaspor təşkilatı yaxşı işləyir?” adlı sorğusu yekunlaşıb.
10 gün davam edən sorğu müddərində 7 mindən çox respondent səsverməyə qatılaraq adı siyahıda göstərilən 15 diaspor təşkilatının fəaliyyətini qiymətləndirib.
Sorğunun yekun nəticəsinə görə, Leyla Əliyevanın sədri olduğu Rusiya Azərbaycan Gənclər Təşkilatı 39% səslə qalib olub.
Sorğuda ikinci yeri 27% səs qazanan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (sədr Hikmət Cavadov) tutub.
Üçüncü yerdə 11% səslə Avropa Azərbaycan Cəmiyyəti (sədr Tale Heydərov) gəlir.
Ümumiyyətlə, sorğunun yekununda 15 diaspor təşkilatı qazandığı səs faizinə görə aşağıdakı sıralama ilə düzülüb:
1. Rusiya Azərbaycan Gənclər Təşkilatı - sədr Leyla Əliyeva (Rusiya) - 39%
2. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu - sədr Hikmət Cavadov (Ukrayna) - 27%
3. Avropa Azərbaycan Cəmiyyəti - sədr Tale Heydərov (Böyük Britaniya) - 11%
4. Amerika Azərbaycanlıları Cəmiyyəti - Tomris Azəri (ABŞ) – 6%
5. Azərbaycan Amerika Alyansı - sədr Anar Məmmədov (ABŞ) - 3%
6. Strasburq “Azərbaycan Evi” Cəmiyyəti - Mustafa Alınca (Fransa) - 3%
7. Azərbaycan Kültür Dərnəyi - Cəmil Ünal (Türkiyə) - 2%
8. Ümumrusiya Azərbaycan Konqresi - prezident Məmmədbağır Əliyev (Rusiya) - 1%
9. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası - sədr İosif Şaqal (İsrail) - 1%
10. Dünya Azərbaycanlıları Konqresi - həmsədrlər Sabir Rüstəmxanlı (Azərbaycan), Firudin Pərvizniya (Almaniya) - 1%
11. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası - sədr Əbülfəz Xamedov (Qazaxıstan) - 1%
12. Benilüks Azərbaycanlıları Konqresi - sədr Sahil Qasımov (Hollandiya) - 1%
13. "Azəri-Çex" Cəmiyyəti - sədr Elşən Nəzərov (Çexiya) - 1%
14. Belarus Azərbaycan İcmaları Konqresi - sədr Natiq Bağırov (Belarus) - 1%
15. Avropa Azərbaycanlıları Konqresi - prezident Bahəddin Qaya (Almaniya) - 1%