Ümumiyyətlə, əfsanənin bu 17-ci bölümündə Balkan yarımadasına yevreylərin eradan qabaq 13-cü, 12-ci əsrlərdəki ikinci köçlərinin tarixi və marşrutu kodlaşdırılmışdır. Yasonla arqonavtların səhrada ac-suzuz dolaşması əhvalatı Musa peyğəmbərlə yəhudilərin ac-susuz səhralarda dolaşması əhvalatından bir xatirə kimidir, bircə Yasonun əlinə bir əsa vermək qalır ki, onu qayaya vurub qayanın on iki yerindən su çıxartsın. Əfsanəni düzüb-qoşanlar, təbii ki, bunu edə bilməzdilər, çünki o zaman yunanlar Yasonun Musa peyğəmbər olmasını güman edəcəkdilər və əfsanənin tamamilə bir yevrey əfsanəsi olduğuna artıq heç bir şübhələri qalmayacaqdı. Belə ki, deyəcəkdilər elə isə qızılı yunlu qoçəhvalatı da, təbii ki, İbrahim peyğəmbərlə oğlu İsmayıla aiddir. Və məntiqli bir sual da doğacaqdı; necə ola bilər ki, Yason həm İbrahim peyğəmbərin qardaşı oğludur, həm də ondan təxminən 13 əsr sonrakı Musa peyğəmbərdir?! İnsan övladının ömrü nə qədərdir ki?!
Amma məhz bu bölümü oxuyarkən Yasonun Musa peyğəmbəri xatırlatması şübhəsinə bir də o yol açır ki, Yasonun körpəliyi də o peyğəmbərin körpəliyi kimi qəribə olmuşdur. Və elə ki beyində artıq bu şübhəözünə möhkəm yer edir, yalnız bundan sonra əfsanədəki digər bir çox gizli mətləblərin üstünə də işıq düşməyə başlayır. İndi mən əfsanə ilə həqiqət arasındakı bənzərlikləri bir-bir deyim, siz özünüz nəticəçıxarın, əziz oxucularım.
1. Peliyə kahinlər deyirlər ki, sən körpə Yason böyüyəndə onun əli ilə öldürüləcəksən, atası da bundan qorxub Yasonu uzaqlara bir mağaraya aparır ki, orada onu Hiron adlı müdrik kentavr böyütsün. Baxın, bir zamanlar Misir firoununa da kahinlər demişdilər ki, yeni doğulmuş bir yəhudi körpəsi gələcəkdə səni məhv edəcək. Firoun da o il Misirdə doğulmuş bütün yəhudi körpələrinin öldürülməsini əmr etmişdi. Körpə Musanın anası da bundan qorxub körpəsini bir beşiyə qoyub Nil çayına, AllahTəalanın ümidinə buraxmışdı. İş elə gətirmişdi ki, firounun qızı kənizləri ilə Nil çayının sahilində çimərkən bu beşiyi görüb sudan çıxarmış və saraya gətirmiş, körpə xoşuna gəldiyi üçün onu oğulluğa götürmüşdü. Beləcə körpə firounun sarayındaca naz-nemət içində böyüdülmüşdü. Adına da Moisey, yəni “sudan çıxarılmış” demişdilər.
Həqiqətdəki firounun sarayınıəfsanədə kentavr Hironun mağarası əvəz etmişdir. Firoun və Hiron.Necə də eyni səslənir!!!
2. Yəhudilər Musa peyğəmbərin sağlığında da, o vəfat etdikdən sonra da ta özlərinə yəhudi dövləti qurana qədər çöllüklərdə dolaşdıqlarında özləri ilə daima müqəddəs dedikləri bir sandıq gəzdirirmişlər. Arqonavtların öz çiyinlərində gəzdirdikləri isə gəmi idi. Biriləri o müqəddəs sandıqda AllahTəalanın Musa peyğəmbərə buyurduğu ilahi kəlamlar olan yazıları daşıyırdılar, o biriləri isə çiyinlərindəki gəmidə göylərin hədiyyə etdiyi qoçun qızıl yunlu dərisini. Amma hər ikisi ilahi əmanət deyildimi?
3. Həzrət Musaya vətəni Misirdən uzaqda, qürbətdə verilmişdi peyğəmbərlik. Firounun sarayına yaxın olanlardan birisini yumruqla vurub öldürəndən sonra firounun qəzəblənəcəyindən qorxub Misirdən qaçmışdı, illərdən sonra geri qayıdarkən isə hələ Misirə çatmamış çöllükdəcə AllahTəala ona səslənmişdi. Yason da ilahi əmanət olan dəriyə uzun səyahətdən sonra qürbət ellərdə sahib olmamışdımı?
4. AllahTəala Musa peyğəmbərə gecənin qaranlığında çöllükdə, müqəddəs vadidə alov-alov yanan bir kolluqdan səslənmişdi. Yason da müqəddəs bir ağacdan asılmış qızılı yunlu dəriyə gecənin qaranlığında, müharibə tanrısının müqəddəs çəmənliyində sahiblənmişdi; dərinin qızılı yunu par-par yanıb ətrafa işıq saçırmış. Amma əgər o dəri xalis qızıldan olsaydı belə, təbii ki, gecənin qaranlığında fosfor kimi özündən işıq saça bilməzdi. Musa peyğəmbər isə yanan kolluğun işığını uzaqdan görmüş, isinmək üçün ona yaxınlaşmışdı. Bax elə bu səbəbdəndir ki, əfsanənin yaradıcıları dərini qorumaq adı ilə onun yanına ağzından od püskürən əjdaha qoymuşlar ki, Yasonla Medeya onu almağa gələndə bu odun işığı dərini də, onun asıldığı müqəddəs ağacı da işıqlandırsın və beləcə o ağac Musa peyğəmbərə səslənən alov-alov yanan kolluğa bənzəsin. Anlaşılırmı?
5. Musa peyğəmbər yəhudiləri arxasınca aparıb Misirdən çıxardıqdan sonra firoun öz qoşunu ilə onları təqib etməyə başlayır. Bir dənizəçatanda yəhudilər görürlər ki, firounun qoşunu gəlib onları haqlayacaq, dənizin o biri sahilinə keçməsələr məhv ediləcəklər. Amma nə gəmiləri var, nə qayıqları, dalğalar isəşahə qalxır. Bu zaman AllahTəala Musa peyğəmbərə deyir ki, əlindəki əsanı suya vur. Musa peyğəmbər əsanı suya vuran kimi dənizin içində su çəkilb ensiz qupquru bir keçid açılır və yəhudilər bu cığırla sağ-salamat qarşı sahilə keçirlər. Firounla qoşunu da bu keçidə girirlər ki, yəhudilərin ardınca qarşı sahilə keçsinlər, ancaq dənizin ortasındaca sular hər tərəfdən gəlib keçidi örtür və beləcə firoun və qoşunu boğulub məhv olur. Baxın, dənizin ortasındaca ilahi möcüzə ilə dar bir keçidin açılması məsələsi əfsanədə də vardır, formaca ayrıdırsa da məzmunca eynidir. Diqqət edin: Yason da qızıl yunlu dəriyə sahib olub Qafqazdan uzaqlaşandan sonra Qafqaz qoşunu hökmdarın oğlu, Medeyanın doğma qardaşı Absirtin başçılığı altında onları təqib edir. Yason onu hiylə ilə bir məbədəçağırıb silahsız adamı xaincəsinə öldürür. Sonra arqonavtlar xeyli üzdükdən sonra qayalıqların arasında elə bir dar yerəçatırlar ki, dalğalar göylərə qalxır, dəniz burulğan kimi burulur o keçiddə. Oradan keçərlərsə hamılıqla məhv olacaqlar. Amma tanrıların əmri ilə dəniz sakitləşir, dalğalar yatışır, yalnız ondan sonra “Arqo” gəmisi o dar keçiddən sağ-salamat keçə bilir.
Mən əfsanə ilə həqiqət arasındakı bu qədər heyrətamiz bənzərlikləri göstərməklə demək istəmirəm ki, Yason kəsinliklə Musa peyğəmbərdir. Qətiyyən. Hər şeydən əvvəl ona görə ki, Musa peğyğəmbər haqq peyğəmbərdir, Kəlimullahdır, Yer üzünə gəlmiş altı böyük peyğəmbərdən dördüncüsüdür. Nə xarakteri, nə dəəməlləri Yasonun xarakteri vəəməlləri ilə heç müqayisə belə edilə bilməz. Bənzərlikləri göstərməklə, sadəcə, onu demək istəyirəm ki, əfsanəni yaradanlar kəsinliklə Musa peyğəmbərin ardınca Misirdən çıxan yəhudilərdəndir; onlar Liviya səhralarından yox, Aralıq Dənizinin şərq sahillərindən gəmi ilə o yarımadaya tərəf yola çıxmışlar. Yəhudilərin Balkan yarımadasına ikinci köçü olacaq bu köçün ilkinləri əfsanədə “Arqo” gəmisinin arqonavtları kimi göstərilmişdir. Əfsanə onlardan əvvəl yaradıla bilməzdi, çünki onlara qədər Balkan yarımadasına köç etmiş yevreylərin nəsillərinin yaddaşında İbrahim peyğəmbərlə bağlı qızılı yunlu qoçəhvalatı qalsa da Musa peyğəmbərlə bağlı hadisələrdən, təbii ki, xəbərləri ola bilməzdi.
Həəə, əzizlərim, zənnimcə əfsanədəki əhvalatlarla tarixi hadisələr arasındakı bu qədər bənzəyişlərdən sonra artıq heç birinizdəşübhə qalmaz ki, ”Arqonavtlar” əfsanəsi sırf yevrey əfsanəsidir. Sadəcə yunanlaşmış yevrey əfsanəsi. Öz yevrey qardaşlarından ayrılan, başlarına gələn fəlakətlərdə “Peliyə bənzər” əcdadlarını günahlandıraraq öz qan qardaşlarından küsüb Balkan yarımadasına köç edən yevreylərin əfsanəsi. Yarandığından 3000 ildən dəçox bir vaxt keçəndən sonra yazıya alınan bir əfsanə. O 3000 ildə yevrey xalqının başına nələr gəlməmişdi ki! Eradan əvvəl birinci minilliyin əvvəllərində Davud peyğəmbər və Süleyman peyğəmbər zamanlarındakı qısa sürən xoşbəxtliklərindən başqa faciələrdən, qırğınlardan, sürgünlərdən bir xoş gün gördülərmi yəni? Niyə? Çünki ilahi xeyir dua ilə oynamaq olmaz, AllahTəalanın bir nəsilə vəd etdiyi səadəti min bir hiylə ilə, fitnə fəsadla qamarlamaqla xoşbəxt olmaq olmaz. Bəşəriyyətə hiylə-kələk gəlmək olar, AllahTəala isə hər şeyi Görən və Eşidəndir, Onu aldatmaq olmaz. Aldatmaq istəsən AllahTəalanın lənəti sənin üstündən əskik olmaz., səndən törəyən nəsillərə də bu lənətdən yetərincə pay düşər.
”Arqonavtlar” əfsanəsində bəşəriyyətə çatdırılmaq istənən bax bu hikmət imiş,əfsanənin olduqca böyük tərbiyəvi əhəmiyyəti bax bunda imiş.
Fikir verin, nə qızıl yunlu dərini oğurlayan Yason, nə o dəriyə sahib olan Peliy, nə də onu oğurlamaqda Yasona hər cür kömək edən Qafqazlı Medeya, heç birisi xoşbəxt ola bilmir. Peliyin boğazıöz doğma qızları tərəfindən kəsilərək faciəvi şəkildəöldürülür, Yasonun körpələrini elə o körpələri doğan Medeya öldürür, Yasonun özünün başına isə elə həmin o “Arqo” gəmisinin ön hissəsi düşür, o da beləcə faciəvi həlak olur. Niyə? Çünki hər üçü AllahTəalanın Friks nəslinə verdiyi haqqa sahiblənmək, Friks nəslinin haqqına girmək istəmişlər. İlahi vergini AllahTəala özü istədiyinə verir ,onu həmin adamdan qamarlamaqla xoşbəxt olmaq mümkün deyil.
Medeya...Cadugər, sehrkar, dəlicəsinə sevən, hökmdar qızı gözəlim Medeya...
Əfsanədə bu, qadın obrazıdır. Həqiqətdə isə Midiya dövlətinin rəmzidir. Qafqazdakı Midiya türk dövlətinin rəmzi. Eramızdan əvvəl birinci minilliyin ortalarında Əhəmənilərin işğal etdiyi Midiya təxminən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi. Amma əfsanənin yarandığı o uzaq minilliklərdə Midiya bütün cənubi Qafqazı və Qara Dənizin cənub şərqindən Naxçıvan, qədim Ekbatan / indiki Həmədan / da daxil olmaqla Xəzər dənizinin cənubuna qədər böyük torpaqlarıəhatə edirdi. Qara Dənizləşərqə tərəf hərəkət edən arqonavtların Qafqazın Kolxida adlı məntəqəsində lövbər salmaları qətiyyən əfsanənin gürcülərləəlaqəsini göstərmir. Əvvəla, Qafqaz coğrafiyası belədir ki, Qara Dənizdən Qafqaza giriş yalnız Qafqazın qərbindəndir. Arqonavtların sahilə ayaq basdıqları yer çox sonralar Kolxida adlanmışdır. O yerlərin Kolxida adlandırıldığı vaxtlarda isə orada gürcülər yaşayırmışsa bu qətiyyən o demək deyildir ki, arqonavtlar gürcülərlə görüşmüşlər. Əgər Kolumbun Amerikada ilk ayaq basdığı torpaq sonralar ispanəsillilərin Kolumbiya adlandıracağı torpaq olmuşsa kim deyər ki, Kolumb ilk dəfə kolumbiyalı ispanlarla görüşmüşdür Yeni Dünyada? İspanlardan qabaq kimlər yaşamışdır o torpaqlarda? Hindular. Demək Kolumb hindularla görüşmüşdür. Kolxidada indiki gürcülərdən əvvəl onların əcdadları olan kartvellər yaşamışlar. Amma kartvellərin səsi-sorağı eradan qabaq birinci minillkidən o yana eşidilmir tarixdə. Gürcülərin öz tarixlərinə görə kartvellərdən çox çox əvvəllərdən Kür çayının indiki Gürcüstandan keçən hissəsinin sahilləri boyunca türk tayfaları yaşayırmış. Çox sonralar o yerlərdə peyda olacaq kartvellər və haylar onlara “buntürklər” deyirmişlər. Qafqazşünas akademik N.Y.Marra görə “bun” sözü farscadan hayların və gürcülərin dilinə girib, ”köklü”, ”təməlli” anlamını verir. Buntürklər, yəni köklü, təməlli türklər./ Bibliyaya görə buntürklər Aralıq Dənizi sahillərindən, Xanaandan gəlmə iebislərdir, nəsil şəcərələri Nuh peyğəmbərin oğluna, bütün dünya türklərinin ulu babası Yafətə gedib çıxır. Nəsil şəcərələrinin Yafətə gedib çıxmaları aydındır, türk deyilirsə belə də olmalıdır. Amma onların Aralıq Dənizinin şərq sahillərindən, Xanaandan gəlmələri tənqidə davamsızdır. Bibliyaya əl gəzdirib ilahi kəlamlar arasına məqsədlərinə uyğun kəlmələr soxaraq təhrif edənlər buntürklərlə kartvelləri qarışdırmışlar. Görünür Musa peyğəmbərin Misirdən çıxararaq səhralarda, çöllüklərdə dolaşdırdığı İsrailoğullarından gəmi ilə Balkan yarımadasına gedənlərlə bir dövrdə quru yolla Kiçik Asiyaya qaçanların heç də hamısı oradan həmin yarımadaya keçməmişdir, onlardan Qara Dənizin cənub-şərq sahillərində, yəni indiki Samsun, Trabzon, Batumi civarında sonralar “laz” adı ilə məskunlaşanlar da olmuşdur; oradan indiki Gürcüstan ərazisinə keçib yayılaraq kartvell adlananlar onlarla bir kökdəndir. Və sonunda əsasən həmin kartvellərdən gürcülər formalaşmışdır./.
Medeya Yasonu görən kimi ona aşiq olur. Onun sevgisi safdır. Qəlbi təmizdir. Bütün varlığı ilə Yasonundur o. Nə qədər təhlükəli olsa da “qızılı yunlu dərini” oğurlamaqda Yasona hər cür kömək edir, hətta atasının nə qədər qəddar, zalım olduğunu bilsə də sevgilisinin xatirinə ölümündən belə qorxmadan bu işə qol qoyur. Və dəri oğurlandıqdan sonra da Yasona qoşulub qaçır. Hökmdar qızı adi bir yadelli gəmiçiyə qoşulub qaçır. Yunanıstana çatana qədər dəfələrlə Yasonu labüd ölümlərdən qoruyur. Hətta onun arxasınca gələn doğma qardaşının ölümünə bais olur.
Amma sağ-salamat vətəninə çatan Yason nə edir? Çox keçmir ki, başqa bir hökmdarın qızıyla evlənir. Niyə? Çünki, ümumiyyətlə, Yason vicdansız adamdır .O heçəvvəldən də Medeyanı sevmirdi, sevgi, paklıq, alicənablıq, vədəəməl etmək, sözünü tutmaq kimi əsl kişiyə xas sifətlər ona yaddır. Onun Medeyaya aşiq olması yalnız və yalnız “qızılı yunlu dəri”ni ələ keçirmək üçündür, ”qızıl yunlu dəri”ni ələ keçirmək isə Peliydən, əmisindən hakimiyyəti geri almaq üçündür; yəni onu himayə edən, onu bu macəraya ruhlandıran saysız tanrı və tanrıçalar nə sifətdədirsə o da o sifətdədir. Çünki bir olan Allahı buraxan hiyləgər insanlar həmin o saysız-hesabsız tanrıları, ilahələri elə ona görə uydurmuşlar ki, bütün hiyləgərliklərini, naqis əməllərini yeri gələndə onların üstünə yıxa bilsinlər. ”Qızılı yunlu dəri”ni yalnız Medeyanın əli ilə oğurlamaq mümkün ola biləcəyi fikrini də guya tanrılar irəli sürürlər və buna görə də ilahə Afroditanın qumarbaz, hiyləgər oğluna deyilir ki, Medeyanın qəlbindən gözəgörünməz oxla vurub onun qəlbində Yasona qarşı eşq oyatmalıdır. Hiyləgərliyi görürsünüzmü tanrıların adından? Heraklı sahildə buraxmağı da guya tanrılar məsləhətləşmişdilər. Yasonun özü isə guya aydan arı sudan durudur. Bəs necə? Axı o adi insandır, tanrılara qarşı dayanmaq gücündə deyildir. Amma bu, təbii ki, əfsanəni düzüb qoşanların Yasonun adına heç bir hiyləgərliyin qoşulmamasıüçün uydurduqları fantaziyadan başqa bir şey deyildir, ən azı ona görə ki, tanrılar öz məclislərinəəfsanə qoşanları buraxmamışdılar ki, onların nə dedikləri eşidilsin. Heraklın arqonavtlardan uzaqlaşdırılmasında olduğu kimi bu məsələdə də hiyləgərlik, təbii ki, Yasonun özünün ağlına gəlir və Medeya ilə ilk görüşündəcə cavan yaraşıqlı bir yadelli kimi Medeyanın könlünə girməyi bacara bilir, vəssalam.
(ardı var)
Mirzə Hacıyev
***
Əfsanəvi “ARQO” gəmisinin sirri - I Hissə
//modern.az/articles/67759/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - II Hissə
//modern.az/articles/67831/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - III Hissə
//modern.az/articles/67904/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - IV Hissə
//modern.az/articles/68025/1/