Modern.az

Şeyx MDB ölkələrinin din rəhbərləri ilə görüşündə şəhid gizirimizin məsələsini qaldıracaq

Şeyx MDB ölkələrinin din rəhbərləri ilə görüşündə şəhid gizirimizin məsələsini qaldıracaq

16 Avqust 2010, 14:47

Avqustun 7-də mətbuat Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılmasına yardım göstərməsi üçün Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə müraciət edəcəyi barədə məlumat yaymışdı.
Bildirilirdi ki, M.İbrahimovun meyitinin qaytarılması işində A.Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyindən istifadə olunmasını təklif edib.

Modern.az Qafqaz Musəlmanları İdarəsi ilə əlaqə saxlayaraq şeyxin Rusiya Patriarxına müraciət edib-etmədiyi ilə maraqlanıb

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova saytımıza bildirib ki, mətbuat həmin məlumatı yayarkən bir qədər yanlışlığa yol verib. R.Dadaşovanın sözlərinə görə, MDB Dinlərarası Şuranın həmsədri olan hacı Allahşükür Paşazadənin yaxın vaxtlarda bütün MDB ölkələrinin din rəhbərləri ilə Moskvada görüşü keçiriləcək:

“Həmin görüşdə Şeyx həzrətləri şəhid gizirimiz Mübariz İbrahimovun meyitinin geri alınması məsələsini gündəmə gətirəcək”.

QMİ-nin mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, hacı Allahşükür Paşazadənin bütün MDB ölkələrinin din rəhbərləri ilə keçirəcəyi görüşlə bağlı artıq Moskvaya məktub da göndərilib.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI