Modern.az

Azərbaycanlı nazirin qızı: "Bu, aldığım ən bahalı geyimdir” - VİDEO

Azərbaycanlı nazirin qızı: "Bu, aldığım ən bahalı geyimdir” - VİDEO

1 Dekabr 2014, 14:06

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın maraqlı videosu yayılıb.

Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dolce&Gabbana brendindən aldığı bahalı libasından danışan Suad Qarayevanın videosunun müəllifi tanınmış ingilis rejissor Samuel Fouracredir. Libasını kamera önündə geyinməyə üstünlük verən Suad filmdə özü haqda bunları deyir:

“Bu gördüyünüz libas mənim favorimdir. Xüsusi markanın xüsusi kolleksiyasından olan bu libas qadın, onun şəxsiyyəti barədə çox şey deyir. Bilirsiniz, kişilər belə geyimləri, seksual görünən qadınları sevirlər. Etiraf edim ki, bu, indiyədək aldığım ən bahalı geyimdir və onu hər dəfə geyinəndə özümü yaxşı hiss edirəm”.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...