Modern.az

Tərcümə Mərkəzindən AÇIQLAMA: “Baş redaktor Fəxri Uğurlu hələ ki istefa ərizəsi verməyib”

Tərcümə Mərkəzindən AÇIQLAMA: “Baş redaktor Fəxri Uğurlu hələ ki istefa ərizəsi verməyib”

1 Dekabr 2014, 15:16


Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin baş redaktoru Fəxri Uğurlunun istefa verməsi, redaktorlar Zöhrab Əmirxanlı ilə Tahir Kazımlının işdən uzaqlaşdırılması medianın diqqətinə səbəb olub.

Səbəb kimi ayrı-ayrı mətbuu orqanlarda bir neçə versiya səsləndirilib.

Modern.az saytının xəbərinə görə, mərkəzin mətbuat və nəşr məsələlərin üzərə müşaviri Fərid Hüseyn qurumun adından rəsmi açıqlama verib:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarla sınaq müqaviləsinin vaxtı uzadılmadı. 
Mərkəzin direktorunun qəzetin kadr məsələsinə qarışması məsələsinə gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil, əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri Mərkəzin büdcəsindən ödənilir və təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki istefa ərizəsi verməyib”. 

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin sədri yazıçı Afaq Məsuddur.

Elmin NURİ

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI