Modern.az saytı Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun bir sıra universitet rektoru ilə görüş keçirdiyi barədə məlumat vermişdi. E. Məmmədovun belə görüşlərindən biri də 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin hazırki deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevlə olub.
Saytımızın əldə etdiyi məlumata görə, Etibar Məmmədovun Əhməd Vəliyevlə görüşünün nəticəsi olaraq belə qərara gəlinib ki, “Odlar Yurdu” Universitetinin rektoru qarşıdakı seçkilərdə namizədliyini 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deyil, 107 saylı Qazax Seçki Dairəsində irəli sürsün. Bununla bağlı tərəflərin razılaşdığı bildirilir.
Beləliklə də Etibar Məmmədovun 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi gözlənilənilir.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Bunula da qarşıdan gələn seçkilərdə Əli Kərimli ilə Etibar Məmmədovun rəqib olacaqları dəqəqləşir.
Modern.az