Azərbaycanı "Eurovision-2008" yarışmasında təmsil etmiş 27 yaşlı müğənni Elnur Hüseynov Türkiyənin TV-8 kanalında yayımlanan "O ses Türkiye" mahnı müsabiqəsindəki möhtəşəm şıxışı ilə hamını təəccübləndirib.
Modern.az-ın məlumatına görə, verilişi izləyən tamaşaçıları və münsifləri heyran edən Elnurdan dalbadal 4 mahnı ifa etməyi istəyiblər.
Sonda növbəti mərhələyə adlayan Elnur jürilərdən Ebru Gündeşin qrupunu seçib.