Modern.az

Həyat - İnsan

Həyat - İnsan

2 Dekabr 2014, 12:12

Həyat üzdə elə mənasızdır ki...
Həyat içdə elə mənalıdır ki...
Həyatın içini üzə çıxarmaq gərək!
***
Yalanın iç üzünü – yalanlığını üzə çıxarırlar, bununla da Həqiqəti təsdiq edirlər.
***
Həyat – güclülərindir: hərə gücü yetən qədər həyatı yaşayır.
***
Həyat – həyatdakılarda yaşayır. Həyatdakılar olmasa – həyat olmaz.
***
Ölümü, intiharı seçmək – həyatın mənasızlığını anlamaqdır.
***
Həyatın məntiqinə insan asanlıqla uyğunlaşır.
İnsanın məntiqinə həyat çətinliklə uyğunlaşır.
***
Yaşam sürətləndikcə – ölüm tezləşir.
***
Ölümləri ləngitmək üçün yaşamı yavaşıtmaq gərək!
***
Həqiqətçi – cəfəngiyyata inanmaq imkanı olmayan.
***
Gəfəngiyyatçı – həqiqətə inanmaq imkanı olmayan.
***
Kapitalizm – güclü azlığın gücsüz çoxluq üzərində ağalığıdır.
***
Yoxsul varlıdan mərhəmət umur – özünü onun qəzəbindən qoruyur.
***
Varlı yoxsula mərhəmət göstərir – özünü onun qəzəbindən qoruyur.
***
Yaşamaq – həyatla açıq döyüşə girməkdir.
***
Özünə görə yaşayırsan, başqasına görə ölürsən.
***
Yaşamın xeyri – sənindir, ölümünün xeyiri – başqasının.
***
Özün üçün qazanırsan, başqası üçün itirirsən.
***
Qazancın xeyri – özünündür, itirdiyinin xeyri – başqasının.
***
Ləyaqətin imkan vermədiyinə ləyaqətsizlik imkan verir.
***
Əxlaqın imkan vermədiyinə əxlaqsızlıq imkan verir.
***
Mahiyyətdə həqiqətsizliyə imkan yoxdur, gerçəklikdə həqiqətə.
***
Mahiyyətdə ədalətsizkiyə imkan yoxdur, gerçəklikdə ədalətə.
***
Mahiyyətdə şərə imkan yoxdur, gerçəklikdə xeyirə.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI