Modern.az

Nizami rayonunda sahibkarın intihar cəhdi

Nizami rayonunda sahibkarın intihar cəhdi

İqtisadiyyat

2 Dekabr 2014, 13:09

Nizami rayonunda daha bir sahibkar intihara məcbur edilir. Bu barədə  Bakı şəhərində yaşayan  sahibkarın yaxın qohumu məlumat verib. Məlumatda bildirilib ki, iş adamı Qəzənfər  Fətullayeva  məxsus  Nizami rayonu Ə. Nəvai küşəsində yerləşən  1 saylı 2 mərtəbəli binanın  1-ci mərtəbəsində ki 30,5 kvadratmetr  özəlləşdirilmiş qeyri-yaşayış  sahəsi 2013-cü ildə adı məlum olmayan şirkət tərəfindən zəbt edilərək hasarlanıb. Bununla bağlı  hüquq-mühafizə  orqanlarına şikayət edilsə də amma heç bir nəticəsi olmayıb. 
Deyilənləri bizimlə söhbətində Nizami rayonu, 8-ci kilometr yaşayış sahəsi Ə.Kürçaylı küçəsi, ev 5, m 39 da yaşayan  sahibkar Qəzənfər Fətullayevdə təsdiq edib.  Üzləşdiyi problemlərdən cana doyduğunu deyən  sahibkar Modern.az-a bildirib ki, ona məxsus olan  qeyri-yaşayış sahəsi  sökülüb və bu barədə ona heç bir məlumat verilməyib:

“Nizami rayonu Əlişir Nəvai küçəsində yerləşən 1 saylı 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 30,5 kvadratmetr  qeyri -yaşayış sahəsi hələdə adı mənə tam məlum olmayan şirkət tərəfindən sökülüb və hazırda hasarlanmış ərazidə tikinti işləri aparılır. Qeyd edim ki, adıçəkilən 30,5 kvm qeyri -yaşayış sahəsi 1998-ci ildə Dövlət Əmlak Komitəsi tərəfindən rəhbərlik etdiyim  kiçik müəssisənin adına özəlləşdirilib və  həmin ərazidə uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam.  Ancaq  2013-cü ildə xəbərdarlıq edilmədən  sözügedən ünvanda hasarlanma işləri aparılıb və bu günədək məni ora buraxmırlar”.
Bu barədə  Nizami rayonunda yerləşən 22-ci polis bölməsinə müraciət etdiyini söyləyən sahibkar hadisədən sonradan xəbər tutduğunu deyib:

“Sonradan  məlum olub ki, ərazini hasarlayan  şirkət mənə məxsus 30,5 kvm tam təmirli sahəni sökərək orada bina tikməyə başlayıb. Bununla əlaqədar  Nizami rayonunda yerləşən 23-cü polis bölməsinə də şikayət etmişəm. Əlavə edim ki, dəfələrlə mülkiyyətimi əlimdən almış  şirkətin nümayəndələri ilə görüşmək istəsəm də, məni həmin əraziyə buraxmayıblar. Bu səbəbdən də indiyədək mülkiyyətim  barəsində heç bir məlumata malik deyiləm.  Mülkiyyətimi tələb etdikdə isə mənə təzyiqlər olur”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...