Modern.az

“Azərsu” abonentlərə xəbərdarlıq etdi

“Azərsu” abonentlərə xəbərdarlıq etdi

İqtisadiyyat

3 Dekabr 2014, 15:56

Modern.az saytının məlumatına görə, “Azərsu” ASC istehlakçılara xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və şaxtalı keçməsi mənzillərdə içməli sudan istifadə, su təchizatı sistemlərinin və cihazların  mühafizəsi məsələsini yenidən gündəmə gətirib.

““Azərsu” ASC istehlakçıların diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü  il  tarixli 262 nömrəli qərarı ilə təsdiqlənmiş  “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır. Yəni, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin vəsaiti hesabına həyata keçiriləcək”.

 “Azərsu” ASC abunəçilərdən xahiş edir ki, qış aylarında, xüsusən şaxtalı günlərdə sayğacların donvurmadan qorunması üçün lazımi tədbirlər görsünlər.



Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...