““Aydın yol” qəzeti sabah satışda olacaq. Hazırda çapa hazırlanır. Əməkdaşların hamısı yerindədir”. Bunu Modern.az-a bir neçə gün öncə baş redaktoru və iki məsul əməkdaşı işdən kənarlaşdırılan “Aydın Yol” qəzetinin şöbə müdiri Nəriman Əbdürrəhmanlı deyib.
Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin rəsmi orqanı olan qəzet hər həftənin cümə günü çapdan çıxsa da, ötən həftə köşklərdə rast gəlinməmişdi.
Amma qəzetin növbəti sayı sabahdan satışa buraxılacaq. Materialların tam hazır olduğunu bildirən N.Əbdürrəhmanlı qəzetdə yaxın günlərdə rəhbərlik tərəfindən yeni təyinat olacağını da bildirib:
“Qalan əməkdaşlar yerindədir. Yeni cəlb olunacaq əməkdşalar haqqında isə hələ heç nə bilinmir. Yəqin ki, yaxın günlərdə Mərkəzin rəhbərliyi bu haqda qərar verəcək və mediaya da bildiriləcək”.
Elmin NURİ