Modern.az

Nazir ölümdən döndü - Dəhşətli hadisənin VİDEOSU

Nazir ölümdən döndü - Dəhşətli hadisənin VİDEOSU

5 Dekabr 2014, 14:15

Serbiyanın energetika naziri Aleksandr Antiç qəfil başına düşən buz parçasından ölə bilərdi. Modern.az  saytı xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şərqində güclü dolu düşən bölgələri ziyarət edən nazir jurnalistlərin suallarını cavablandırarkən anidən başına düşən buz parçasından yüngül xəsarət alıb. Zərbə çox güclü olduğundan Antiçin başındakı kaska çatlayıb. Məhz təhlükəsizlik qaydalarına əməl edərək başına kaska keçirdiyi üçün nazir ölümdən xilas olub.

Modern.az həmin həyəcanlı anların videosunu təqdim edir.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI