Modern.az

Jurnalist Xədicə İsmayıl həbs olundu

Jurnalist Xədicə İsmayıl həbs olundu

Qarabağ

5 Dekabr 2014, 19:30

Dekabrın 5-də araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın məhkəməsi keçirilib. Modern.az saytı xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə Xədicə İsmayıl həbsinin qanunsuz olduğunu bildirib.

Xədicə İsmayıla qarşı CM-nin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. Ona qarşı bu iddianı "Azadlıq” radiosunun və “Meydan TV”nin keçmiş əməkdaşı Tural Mustafayev qaldırıb.

İstintaq belə qənaətə gəlib ki, Xədicə İsmayıl Tural Mustafayevi özünü öldürmə həddinə çatdırıb. Tural Mustafayev bu il oktyabrın 21-də Dənizkənarı bulvarda intihar etmək məqsədi ilə siçan dərmanı içib. Daha sonra ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Vəkil Elton Quliyev Meydan TV-yə deyib ki, jurnalist Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasına aparılıb, dekabrın 6-da Kürdəxanı İstintaq Təcridxanasına köçürüləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu