Modern.az

Sabiq deputat: “Milli Məclisdə elə deputatlar var ki, nə iş gördüyü bəlli deyil”

Sabiq deputat: “Milli Məclisdə elə deputatlar var ki, nə iş gördüyü bəlli deyil”

Ölkə

6 Dekabr 2014, 11:47

Milli Məclisin 1995-2000-ci illərdə Bərdədən deputatı olmuş məşhur pambıqçı Tərlan Musayeva Modern.az saytına geniş müsahibə verib.

Müsahibəsi zamanı T.Musayeva indiki parlamentin işindən, mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı xatirələrindən, şəxsi həyatından, deputat seçilməsinin necə baş verməsindən, prezidentin Bərdənin icra başçısı olmaq təklifini qəbul etməməyindən və digər məsələlərdən danışıb.

Hazırki parlamenti xarakterizə edən sabiq deputat Milli Məclisin bəzi üzvlərinin işini bəyənmədiyini vurğulayıb.
O, 1995-2000-ci illərin Milli Məclis üzvlərinin indikilərlə müqayisədə daha yaxşı işlədiyini, aktiv olduğunu qeyd edib.

“O zaman Milli Məclisin 100 nəfər deputatı bölgələrdən seçilmişdi, onlar xalqın içindən çıxmış insanlar idi. Bu gün isə fərqlidir. İndi Milli Məclisdə oturan elə deputatlar var ki, onların nə gördükləri iş bəllidir, nə də fəaliyyətlərinin nədən ibarət olması. Bəzi deputatlar var ki, onların adını eşidəndə o nə işlə məşğul olduqlarını bilmirəm. O vaxt isə Zeynəb xanımı hamı tanıyırdı ki məşhur müğənnidir. Hamı bilirdi ki, Sabir Rüstəmxanlı tanınmış şairdi. Məni hamı pambıqçı olduğuma görə tanıyırdı. O insanların hamısı xalqın içindən çıxdığına görə hamı onları tanıyırdı. O vaxt televiziyada parlamentin iclası göstəriləndə hansısa deputatın adı çəkilməsə də, hamı ekrana baxıb deyirdi ki “bu filankəsdir””.

Eks-deputat Tərlan Musayeva ilə geniş müsahibə tezliklə Modern.az saytına yerləşdiriləcək...

Namidə Bingöl

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi