Modern.az

Fövqəladə Hallar Nazirliyinin xanım “əməkdaşı” 71 min manat rüşvət alıb

Fövqəladə Hallar Nazirliyinin xanım “əməkdaşı” 71 min manat rüşvət alıb

İqtisadiyyat

8 Dekabr 2014, 12:00


Neftçala rayonundan olan bir qrup sakinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidməti Modern.az-a verdiyi məlumatda növbəti korrupsiya faktından bəhs edib.

Araşdırmalar zamanı özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş Fidan Qarazadənin 2014-cü ilin iyun-oktyabr ayları ərzində Neftçala rayon sakinlərindən onları nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldilməsini vəd edərək aldatma yolu ilə  ümumilikdə 71 min manat məbləğində pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...