Modern.az

Dədə Qorqudu düşünərkən

Dədə Qorqudu düşünərkən

9 Dekabr 2014, 21:30

(birinci hissə)                                


“Evdən çıxıb yürüyəndə sərv boylum...
Topuğuna sarmaşanda qara saçlım…
Qurulmuş yaya bənzər çatma qaşlım…
Qoşa badam sığmayan dar ağızlım…
Qar üstünə qan dammış tək al yanaqlım…”

Bəh-bəh!  Dilin şirinliyinə  baxın! Dilin büllur  kimi saflığına, ifadə  imkanlarının genişliyinə, böyük  təsvirləri  heyranedici  bir  yiğcamlıqla  bildirmək əzəmətinə  baxın! Türk xalq  dilinin şah  əsəri  “Kitabi Dədə Qorqud”dandi  bu seçmələr. Türk  milləti  bir  də  belə dastan  yarada  biləcəkmi  görəsən?

İnanmıram. Mümkün  deyil! Bu  dastan  türk xalq  dilinin zirvəsidir. Əlçatmazdır. Mükəmməldir. Bundan  o  yanası  yoxdur. Son  dərəcə  poetik, obrazlı, sanki  ruhu oxşayırmış, əfsun, sirr  dolu  bir  dildir  bu  dastanın  dili… Yalnız  türk  millətinin  deyil, bütün  tarixi boyunca  bəşəriyyətin  yaratdıgı  şah  əsərdir. Insanlıgın  musiqi  yaradıcılığının  şah  əsəri muğam  olduğu  kimi, şifahi xalq  ədəbiyyatının şah əsəri də  bu dastandır! Əhsən  onu  yaradan ozanlara!

Bu  ədəbi  abidə  dastanın  özündən  də  göründüyü  kimi  türk  millətinin  Oğuz qrupunun  yadigarıdır. Amma  biz də,  Anadolu  türkləri  də, türkmənlər  də, qazaxlar da, qıpçaqlar  da  və. s.  Oğuzlardan  törəyənlərik. Hamımızda  da  Dədə  Qorquda  sonsuz  bir  sevgi var. Elə  isə  dastan  konkret  olaraq  hansımızındır?  Ümumiyyətlə , dastandakı  hadisələrin məkanı  haradır, zamanı  nə  vaxtdır?

Dastanda  Azərbaycan  şəhərlərindən  bir  neçəsi - Dərbənd, Bərdə, Gəncə xatırlanır. Amma  biz  Oğuz  türkləri  sayılsaq  da  torpağımız  Oğuz  torpağı  deyildir. Bineyi-qədimdən  Azərbaycan  torpağıdır. Və  bu  torpaqlardakı  həyatımız  eradan  qabaqkı minilliklərin  dərinliklərinə  gedib  çıxır. Böyük Babilistan  padşahı  Baltasarı  məhv  edib  genış torpaqlarına  sahib  olan  Midiyalı, yəni  Cənubı  Azərbaycanlı  Daranı  xatırlamaq kifayətdir; dilinin  hansı  dil  olduğuna  Bibliya  da  şahidlik  edir.  ”Məni  Təkəl  aparsın.” .( İsa Hüseynovun  “Muğanna”sında   bu  haqda  ətraflı  yazıldığından  bu  məsələ  üzərində dayanmağa  lüzum  görmürəm.). Eradan  qabaq  altıncı  əsrdə  qüdrətli  Babil  padşahının sarayının  divarlarına  möcüzəli  şəkildə  heç  bir  yerdəncə  peyda  olan  tək  bir  əl  bu  cümləni yazmaqla  Baltasar  padşaha  bildirmişdi  ki, səni  bu  dildə  danışan  padşah  məhv edəcək. Rusun, fransızın, ingilisin, erməninin, almanın, yaponun  filanın  izini-tozunu  belə  tarixdə gördüm  deyənin  olmadığı  Daniil  peyğəmbər  zamanıdır  bu. Sonralar  farsların  Avropadakı  və  okeanın  o  tayındakı  tarixı  saxtakarlığa  meylli  qəyyumları  tərəfindən  fars  imperatorluğu kimi  tarixə  soxdurulmuş  Böyük  Əhəmənilər  imperiyasını  quran  adam  idi  Dara. Sonralar  “hazar”,  “xəzər” şəklınə  düşmüş  azərlərdən,  yəni  əcdadlarımızdan  idi  o.  Farslar  onun müzəffər  ordusunda  ancaq  və  ancaq  sıravi  döyüşçülər, əmrə  tabe  buyuruq  qulları, yürüşdə yeməklərini  bişirən, qab-qacaqlarını  yuyan  aşpazlar, atlarına  baxan  mehtərlər  idilər.

Xalqımın, torpagımın  adına  “Atropaten”, ”Aturpatakan”  kimi  əcaib  kəlmələr sırıyan  yadellilərin  nəzərinə  belə  bir  tarixi  faktı  çatdırmaq  istəyirəm  ki, Babilin  süqutundan hələ  3  min  il  əvvəllərdən  həmin  bu  coğrafiyada  “azər”  kəlməsi  mövcud  idi;  İbrahim peyğəmbərin  atasının  adı  da  Azər  olmuşdur.  Yəni  bu  kəlmənin  çox  sonralar  hansısa  əcaib sözlərdən  yaranması  barədə  baş  sındırmağa  dəyməz. Əksinə  “Azərbaycan”  kəlməsi  bu torpaqlara  zaman-zaman  at  ilxısı-köpək  sürüsü  kimi  gələn  çağırılmamış  həyasız  qonaqların dilində  pəltəkcəsinə  “aturpatakan”  kimi  əcaib  şəklə  düşmüşdür.

İbrahim  peyğəmbərə  qədər  Yer  üzündə  insanların  sayı  hələ  çox  deyildi. Nuh peyğəmbərin  üç  oğlundan -Yafətdən, Samdan  və  Xamdan  törəyən  cəmisi  üç  xalq vardı. Birbirlərinə  doğmaca  əminəvələri  olan  türklər, ərəblər  və  həzrət  İbrahimin  ətrafına  toplanan  “evrey”  nəsilləri. Nuh  peyğəmbər  böyük  oğlu  Yafətə  Orta  Asiyanı  vermişdi, digər iki  oğlu  isə  ön  Asiyada  qalmışdı. Yafət  indiki  Qazağıstanın  cənub-şərqində  Aldağ  sıra dağlarının  ətəklərində  məskunlaşmışdı. Dağ  qırmızı  rəngdə  olduğu  üçün  ona  Aldağ, indiki deyimiylə  Altay  /Altau, Alatau /  deyilmişdir. Yafətin  oğlu  Dib Yabqunun  digər  adı  o  dağın şərəfinə  Olcaytu  imiş. Olcaytau...Olcaydağ...Alcadağ...Yəni  Aldağ. Həmin  bu  Dib Yabqunun dörd  oğlundan  birisi  olan  Qaraxanın   Oğuz  adlı  bir  oğlu  varmış. Rəvayətə  görə  Oğuz  xan o  zaman  bütün  türk  ellərinin  yeganə  qüdrətli  hökmdarı  olmuşdu. Əslində  bu  hökmdarlığın qüdrətini  şişirtməyə  o qədər  də  ehtiyac  yoxdur, çünki  Yafətdən  sonra  cəmisi  üç  nəsil keçmişdi. İnsanların  sayı  o  ərazilərdə  nə  qədər  çox  ola  bilərdi  ki ? Hər  nə  isə, bizim tədqiqatımız  üçün  Oğuz  xanın  nə  dərəcədə  qüdrətli  olub-olmamasının  elə  bir  əhəmiyyəti yoxdur. Ondan  sadəcə  ona  görə  danışdım  ki, bilməyən  bilsin;  “Kitabi  Dədə  Qorqud”da haqqında  söhbət  gedən  oğuzların  ulu  babası  həmin  bu  kişidir. Yafətin  nəticəsi, həzrət Nuhun  kötükcəsi  Oğuz  xan. Hansı  xalqın  nümayəndəsi  deyirsə  ki,  biz  türklərdən  / eləcə də ərəblərdən  və  yevreylərdən /  daha  qədimik, mütləq  düşüncəsində  xəstəlik  vardır. Yəni  bütün dünya  bilmirmi  ki, bu  üç  xalqın  üçünün  də  kökü  birbaşa  həzrət  Nuha  gedib  çıxır ?  Ondan qədimlərinin, yaşlılarının  hamısı  kürreyi-ərzi  bürüyən  tufanda  boğulmadımı ?  Tufanın  o üzünə  Həzrət  Nuhdan  başqa  kimin  nəsli  ilə  gedib  çıxmaq  olar  ki ? 

Bəli, zaman  keçdikcə  Oğuz  xanın və  üç əmisinin  nəvə-nəticələri çoxalır, çoxaldıqca  da  Altaydan  dörd  bir  yana  dağılışırlar, indiki  İran, İraq , Anadolu, Qafqaz ərazilərinə  qədər  köç  edib  məskunlaşırlar. Yəni  dədələrimiz  sonralar  Azərbaycan, İran, İraq deyiləcək  bu  torpaqlarda  ənazı  beş  min  beşyüz  il  bundan  əvvəllərdən --- həzrət  İbrahim zamanından  əvvəllərdən  yaşayırmışlar. Ən  qədim  millətin  adı  sayılan  “evrey”  kəlməsi  hələ yaranmamışdan.

Yevreylərin   kökü  məlum  olduğu  kimi  həzrət  Nuhun  digər  oğlu  Sama  gedib çıxır. Amma  İbrahim  peyğəmbərdən  sonra  onların  nəsilləri  içərisinə  daha  bir  nəsil --- İshak nəsli də daxil olur. Və  yevreyoğulları  həzrət  İsaya  qədər  olan  bütün  peyğəmbərlərin  həmin bu  nəsildən  çıxdığını  bildikləri  üçün  öz  köklərini  həzrət  İbrahim  vasitəsilə  Nuh peyğəmbərə  “bağlayırlar”!!!  Halbuki  həzrət  İbrahim  Ur  şəhərindən  Fələstinə  köç  etməzdən əvvəllərdən   onlar  oralarda  “köklərini  Sama  bağlayaraq”  yaşamaqda  idilər. Və  bu  günə qədər  də  semitlərdən  hesab  olunurlar.  ( “Ur”  əski  türkcə  ilə  / elə indiki  cığatay  türkcəsi  ilə  də /  “vur”  deməkdir. Deyəcəksiniz  belə  də  şəhər  adı  olarmı? Elə isə  Ural çayının, Ural dağlarının  adına  niyə  təəcüblənmirsiniz? Bu  kəlmə  tamamilə  türkcə “ur-al”, yəni  “vur-al” deyilmi?  “Aturpatakan “  sözünə  heç  belə  təəccüblənmirsiniz, dədələrimizin  gül  kimi  sözünə niyə  təəcüblənirsiniz?  Elə  isə  sizi  bir  az  da  təəccübləndirim. Ermənilərin  qələmlər  ucunda vicdansızcasına  özününküləşdirərək  “Ararat”  formasına  saldıqları  Urartu  bilirsinizmi  nə deməkdir?  Əzizlərim, Ararat, yəni  indiki  Türkiyə  ərazisindəki  Ağrı  dağı  Dəclə-Fərat  çayları əhatəsindən  yuxarı tərəfdədir, şumerlər  o  tərəfdə  yaşayan  qardaşlarına  Ur  ardında, Urun o biri  tərəfində  yaşayanlar, qısaca  Urardı  türkləri, o  torpaqlara  isə  Urardı  demişlər. Zaman keçdikcə  bu  söz  mənadan  uzaq  “Urartu”, daha  sonra  “Ararat”  şəklinə  düşmüşdür.) Demək, ”köklərini  həzrət  İbrahim  vasitəsilə  Nuh  peyğəmbərə  bağlamışlar”  yerinə  “Həzrət  İbrahimi öz  köklərinə  bağlamaqla  onu  Yafətoğullarından  deyil, Samoğullarındanmış  kimi  təqdim etmişlər”  desəm  daha  doğru  olar. Şumerlərdən  olan  türk  oğlu  türk, Azərin  oğlu  həzrət İbrahimin  Samoğullarına , yəni  gələcəkdəki  İsrailoğullarına  ən  böyük  mükafatı  o  zamana qədər  adları  olmayan  bu  tayfaya  “yevrey”  adını  verməsi  ola  bilər. Özünün  isə  onlara birbaşa  bağlılığı  olmamışdır; türklərin, ərəblərin  və  yevreylərin  dədələri  Nuh  peyğəmbərin oğulları  olduğu  üçün  bir-birlərilə  , sadəcə , əminəvələri  idilər, odur ki, həzrət  İbrahimlə yevreylər  də   birbirlərilə  ənənəvi  əmiuşaqları  sayılırdılar. Həcər  xanımdan   olan  oğlu İsmayildan  törəyən  Qüreyşilər  ərəb  adlı  əminəvələri  içərisində  min  illərlə  necə “ərəbləşmişdilərsə”, Sara  xanımdan  olan  oğlu  İshakdan  törəyənlər  də  yevrey  adlı əminəvələri  içərisində  min  illərlə  eləcə  “yevreyləşmişdilər”. Bibliyaya  öz  arzu-istəklərinə görə  əl  gəzdirib  bəşəriyyəti  aldadanlar  hətta  İbrahim  peyğəmbərin   atasının  adı  Azər olduğu  halda  izlər  itsin  deyə  onu  da  dəyişib  Farra  etmişlər./ .

Sonradan  düzülüb  qoşularaq  beyinlərə  oturdulmuş  saxta  “həqiqətləri”  baltalamaq əlbəttə  çətindir. Min  illərin  saxtakarlığını  bir  tərəfə  qoyaq, cəmisi  yetmiş  il  bundan  əvvəl ikinci  dünya  müharibəsi  zamanı  yəhudilərin  faşistlər  tərəfindən  kütləvi  şəkildə  qırılması, krematoriya  sobalarında  diri-diri  yandırılması  əfsanədirmi,  yoxsa  həqiqət ?

Belə  bir  şey  olmamışdır, deyənlərin  ağzının  üstündən  niyə  vururlar, belələrini  niyə həbs edirlər ? Əgər  bu  həqiqətdirsə  kimlərinsə  onu  inkar etməsi ilə  yox  olacaqmı ? Elə isə qorxu nədəndir? İnkar  edənlərin sayı artarsa  bu  məsələnin  araşdırıla  bilinəcəyindənmi ?  Axı hamı bilir ki, 1941-ci  ildə  hələ  Sovetlərlə  müharibədən  əvvəl  Almaniya  artıq  o  qədər güclənmişdi ki, o zamankı  dünyanın  bir tək  super gücü halına gəlmişdi, ABŞ  isə  böhran içində  boğulurdu, indiki  qüdrətli  ABŞ  deyildi, üstəlik  dunya  okeanlarında  ağalıq  edən alman  sualtı  gəmiləri  vaxtaşırı  Amerika  sahillərini  top  atəşinə tuturdu.  Buhenvald, Osvensim  kimi  qara  kitaba  düşmüş  həbs  düşərgələri  isə  müharibənin  sonlarına  yaxın  azad edilmişdir.Yəhudilər  Avropada  nə  qədərmişlər ki, almanlar  bu  4-5 il  ərzində , yəni  sözlərinin önündə  söz  deyilmədiyi  vaxtlarda  onları  gecə-gündüz  qırmışlar, amma  sonlarına  çıxa bilməmişlər ?  Yoxsa  əvvəl  həbs düşərgələrində  onları  ayrıca  yedirib  içirib və ya  daha doğrusu  arıqladıb sonra  öldürürmüşlər ?  Bəlkə  bütün  dünyanı  nasizmə  qarşı  yumruq  kimi birləşdirmək, gələcəkdə  Fələstin  torpaqlarında      ərəblərin  etirazına  baxmayaraq  zorla yəhudi  dövləti  qura  bilmək  üçün  uydurulmuşdur  bu  “əzabkeş yəhudi “  əfsanəsi ? Necə ki Türkiyə  və  Azərbaycan  ərazilərində  yeni  erməni  dövlətləri  qurmaq  üçün  indi  də  cidd-cəhdlə  “əzabkeş erməni”  əfsanəsi  yaradılır. Hətta  cəmisi  iyirmi  il  əvvəl  Xocalıda ermənilərin  törətdikləri  soyqırıma  baxmayaraq.../                              

Yafət  nəsilləri  o  ilkin  çağlarda  Asiyada  artdıqca  Berinq  boğazı  ilə  yeni torpaqlara - Amerikaya  da  köç edirdilər. Sonralar  oralarda  hələ  indi- indi  üstü  açılan  böyük  mədəniyyətlər quran həmin o adamların törəmələrini on beşinci əsrin sonlarında Amerikanı  “kəşf etmiş”  sayılan  Kolumb  yanlışlıqla  “hindu”  adlandırmışdır;  çünki  bədbəxt ömrünün sonuna  qədər də elə hesab edib ki, Sakit  Okeanı  üzüb  qərb  yolu  ilə  Hindistana  yol açıb. Bu  kəşfin  ardınca  Avropalılar  əsasən  türmələrdə  ad  çıxarmış  şuluq  adamlarla  dolu gəmilərlə sürüylə, top-tüfənglə  o  yerlərə  gedib  qızıl  axtara-axtara  barıtın  nə  olduğunu bilməyən  həmin o  taleyin  ümidinə  buraxılmış  hindulara  elə  heyvani münasibət  göstərmişlər ki,  yazıqlar  qırıla-qırıla  bir  ovuc qalmışlar. Amma  And-aman  dağları, Ata-Kama səhrası, Kordilyer  dağları və  sair əsil türkcə kifayət qədər yer adları  onların  əcdadlarından xatirə olaraq qalmaqdadır. Tədqiqatçılar  onların  dillərindəki  sözlərin  yarıdan  çoxunun  türkcə  olduğunu təsdiq  etmişlər. Təbii ki  türkcə  olacaq, çünki dilləri Yenisey dil qrupundandır.

Savaş  meydanlarında  at  belində  qılıncla  tarix  yaradan  dədələrim o tarixi qələmə almağa  ehtiyac duymamışlar.Təəssüf !  Çox təəssüf  ki, qələm başqalarının əlində olmuşdur və həmin o başqaları da qələmlə qılıncdan daha çox işlər görmüşlər, nəticədə  dədələrimin nəinki qanları ilə suvardıqları torpaqlarının çoxusunu, hətta içlərindən çıxan bütün peyğəmbərlərini də “özününküləşdirməyi”  bacarmışlar.

( ardı  var )

Mirzə Hacıyev

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI