Modern.az

Aqil Əliyevin həyat yolu

Aqil Əliyevin həyat yolu

10 Dekabr 2014, 10:51


Bu gün əməkdar elm xadimi, iqtisad elmləri doktoru Aqil Əliyevin doğum günüdür. Modern.az saytı onun tərxümeyi-halını təqdim edir:

Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. Aqil Əlirza oğlu Əliyev orta məktəbi Naxçıvan şəhərində bitirib.  

1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olub və 1951-ci ildə oranı bitirib.  

Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlayıb.

1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cı ildə professor elmi adlarına layiq görülmüşdür, 1983-cü ildən iqtisad elmləri doktorudur. Professor A.Ə.ƏIiyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.  

Aqil Əliyevin  rəhbərliyi altında bu illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulub. ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilib. Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilətanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdəndir. Aqil Əliyev 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt Peterburqda və digər xarici ölkələrdə çap olunub.  

O, Azərbaycanda ilk dəfə tədqiq olunan "Şəxsi istehlakın İqtisadiyyatı", "Tibbin iqtisadiyyatı", "Xalq istehlakı", "Aqrar İqtisadiyyatın aktual problemləri" və sair sanballı monoqrafiyaların müəllifidir. Alimin əsas elmi istiqamətlərindən birini maddi-texniki bazasının, kənd əhalisinin həyat tərzinin yüksəldilməsi, səhiyyənin iqtisadi problemləri təşkil edir. Yalnız bazar iqtisadiyyatına keçid şəraitində professorun 32 elmi əsəri çap olunub.   O, beynəlxalq və respublika konfranslarında, simpoziumlarda, seminarlarda məruzələrlə çıxış edib.    

Aqil  Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi- toxniki inkişafının kompleks proqramının işlənməsində yaxından iştirak etmiş, "əhalinin sağlamlığının qorunması" problem komissiyasının sədri olub. Əhalinin sağlamlığının qorunması bölməsi onun tərəfindən lortib edilərək kompleks proqrama daxil edilib.

O, həmçinin 2000-ci illərdə Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inkişaf sxeminin işlənib tərtib olunmasının müəlliflərindən biri olub. Aqil Əliyev kadr hazırlığı məsələsinə böyük diqqət və qayğı ilə yanaşır. Bilavasitə onun rəhbəriiyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub. O,  respublikanın, Tibb Universitetinin ictimai həyatında, yaxından iştirak edir.

2001 -ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.    

2006-cı il 7 martda dünyasını dəyişib.

Modern.az 

 
Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!