Modern.az

Azərbaycanda heyvanların hüquqları necə qorunur? - “Onları övladlarım kimi sevirəm”

Azərbaycanda heyvanların hüquqları necə qorunur? - “Onları övladlarım kimi sevirəm”

Qarabağ

10 Dekabr 2014, 13:14

“Canlı Ailənin Mühafizəsi” Alyansının rəhbəri Mənsurə Rəsulzadə Azərbaycanda heyvanların hüquqlarının necə müdafiə olunması ilə bağlı maraqlı açıqlama verib.
Modern.az-a danışan Rəsulzadə bildirib ki, əslində, Azərbaycanda bəzi səlahiyyətli qurumlar bu işi yerinə yetirmirlər: “Nəticədə isə vətəndaşlar onlara müraciət edənədə çaşıb qalırlar. Onlar vətəndaşların suallarını cavablandıra bilmirlər”.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Müxtəliflik” şöbəsi var. Amma sırf heyvanların müdafiəsi ilə bağlı qurum yoxdur. 

“Müxtəliflik şöbəsinə insanlar da daxildir. İnsanların, ovçuların hüquqlarını daha yaxşı qoruyurlar”.

M.Rəsulzadə təşkilat rəhbəri olaraq heyvanların müdafiəsi ilə şəxsən məşğul olduğunu bildirib:
“Bu, şəxsən özümün həyat tərzimdir. O mənim naturamdır. Bunsuz yaşaya bilmərəm. Mən heyvanları sevirəm, buna görə onları anlıyıram. Onları övladlarım kimi sevib qoruyacam. Bu, mənim təbiətimdir”.

Heyvanların hüquqlarının müdafiəsinin maarifləndirmə yolu ilə mümkün olacağını vurğulayan M. Rəsulzadə insanlara insan olduqlarını başa salmağın vacibliyini qeyd edib:
“İnsanlara insan olduqlarını öyrətmək lazımdır. Onlara təbiətdəki vəzifələrini anlatmaq lazımdır ki, insan təbiətdə niyə mövcuddur və niyə digər canlılar var?. İnsanların fəaliyyət və funksiyasını, məsuliyyətini dərk elətdirmək lazımdır. İnsanlar onun üçün yaranmayıb ki, bütün heyvanları özlərinə tabe edib qul kimi işlətsinlər, qida üçün istifadə etsinlər. İnsanlar digər zəif canlıların həyatda yaşamasına yardım etmək üçün yaranmış məxluqlardır. 
Əslində biz heyvanları qeyri-qanuni həyat şəraitindən, təbii fəlakətlərdən qorumalıyıq, insanlardan yox...”. 

Oktaybrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən və IDEA-nın təşəbbüsü ilə Qaradağ rayonunda sahibsiz heyvanlar üçün sığınacağın təməli qoyulub.

Sığınacağın yaradılmasında məqsəd Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların sayının azaldılması, bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasıdır. 

Məltəm TALIBZADƏ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu