“2015-ci ildə Azərbaycanda 2 və ya 3 nazir dəyişəcək”. Bunu Modern.az-a açıqlamasında siyasi öncə görən Nadim Alixanov 2015-ci ildə Azərbaycan daxilindəki vəzifəli şəxslərlə bağlı gözlənilən yeniliklərdən danışarkən deyib.
Onun sözlərinə görə, eyni zamanda bir neçə icra başçısının da dəyişəcəyi gözlənilir:
“Onların adlarını deyə bilmərəm. Amma onu da deyim ki, sözügedən icra başçıları bəzi səhv əməllərindən dolayı həbs ediləcəklər. Deputatlardan biri yanvara qədər ürək xəstəlikləri ilə əlaqədar dünyasını dəyişəcək. Qeyd edim ki, olduqca nüfuzlu və adlı-sanlı deputatlarımızdandır. Hiss edirəm ki, 2015-ci ildə Azərbaycanın daxili siyasi arenasında böyük dəyişikliklər olacaq”.
Nadim Alixanov gözlənilən əfvdən də danışıb.
“Mən 2015-ci ildə bir sıra tanınmış məhkumların da əfv olunacağını hiss edirəm. Əli İnsanov 2015-ci ildə əfv olunacaq. Leyla və Arif Yunusların işləri bir az uzanacaq. Hazırda Leyla Yunusun çox xəstə olduğunu bildirirlər. Amma onun səhhəti ilə bağlı qorxulu problem yoxdur. Buna baxmayaraq, hakimiyyət Leyla Yunusu xəstəliyindən dolayı əfv edəcək. Bunun 2015-ci ildə məhz hansı aya təsadüf edəcəyini söyləmək olaz. Amma bu gələn il olacaq”.
Nadim Alixanov Xadicə İsmayilla da bağlı danışıb: “Gələn il Xədicə İsmayilovanın adı çox hallanacaq”.
Ülkər Musazadə