Modern.az

Dədə Qorqudu düşünərkən - II hissə

Dədə Qorqudu düşünərkən - II hissə

11 Dekabr 2014, 00:01


“Bundan  əvvəl  Kitab  vermiş  olduğumuz  kimsələr... ”. Bu, Qurani  Kərimdə  çox yerdə  işlənən  ifadədir. Bundan, yəni  Qurani  Kərimdən  əvvəl. Həmin  insanlara  Kitab  Əhli deyilir. Tövrat, İncil, Zəbur  adlı  səmavi  Kitablar  nəzərdə  tutulur. O  Kitablar  iki  qrupa bölünür; Əhdi–Ətiq, yəni  köhnə  buyuruq  və  Əhdi-Cədid, yəni  yeni  buyuruq. Əhdi-Ətiq həzrət  İsaya  qədər  olan  dövrə  aiddir, Əhdi-Cədid  isə  həzrət  İsa  və  onun  həvarilərinin dövrüdür. Amma  hər  iki  qrupun  Kitabları  həzrət  İbrahimin  İshakdan  olan  oğulları  içindən çıxan  peyğəmbərlərə verilmişdir. Bu  nəsil  Qurani  Kərimdə  İshakoğulları, İsrailoğulları, yəhudilər  deyə  xatırlanır. Bəs  maraqlıdır, görəsən  söhbət  həmin  bu  nəsildən  gedəndə  niyə  o  boyda  Qurani  Kərimdə  bir  dəfə  də  olsun  “yevrey”  və  ya   “yevreyoğulları”  kəlməsi   işlənmir ?  Niyə ?

Çünki  yevreylər  Samoğulları  idilər. İshakoğulları isə, dediyim kimi, Yafət nəslindən, şumer  türklərinin  baş  şəhərinin  sakini, atasının  adı  Azər  olan  həzrət  İbrahimin nəslindən  idilər. Etiraz  edənlərə  isə  Qurani Kərimdəki  kimi  demək  lazımdır: ”Heç ağılla düşünməzmisiniz? “.

Həzrət  Nuhdan  sonrakı  peyğəmbərlərin  həmişə  İbrahim—İshak  nəslindən çıxdığını  görən  Samoğulları  olan  yevreylərdə  ona  görə  bu  nəsilə  qarşı  hər  zaman sönməz, gizli  bir  nifrət  hissi  olmuşdur. Məhz  bu  səbəbdən  onlar  sağlıqlarında  bütün  o  peyğəmbərlərə  düşmən  kəsilmişlər. Ehtiram  edənlər  həmişə  sonrakı  yevrey  nəsilləri olmuşdur;  o  da  ancaq  ona  görə  ki, vəd  olunan  torpaqlara  və  digər  millətlərdən  üstünlüyə peyğəmbərləri  tamamən  inkar  etməklə  nail  olmaq  olmazdı. Amma  müasirləri  olan peyğəmbərlərin  qanını  içməyə  hazır  olmuşlar  həsəd  üzündən. Son  böyük  peyğəmbər İbrahim-İsmayıl  nəslindən  çıxdığında  bu  dəfə  Mədinədəki  yəhudilər  məhz  bu səbəbdən ona  düşmən  kəsilmişdilər. Qurani  Kərimdə  onların  peyğəmbər  düşmənçiliyinin  səbəbi aydınca  açıqlanmışdır: “Əhli Kitabdan  bir  çoxları  onlara  haqq  bəyan  olduqdan  sonra nəfslərindəki  həsəd  üzündən  sizi  imanınızdan  sonra  kafirlər  halına  döndərməyi  təmənna etmişlər.” / Surə 2  , ayə 109   /.

Bəli, bəli, həsəd  üzündən. Bunu  hər  şeyi  bilən  Allah  Təala  deyir. Birbaşa ayətlərdəndir.Yəni içində  gümanlar, təxminlər, ehtimallar  qurulmayan  ayətlərdən. Anlaşılırmı ? Heç  olmasa  sonuncu  peyğəmbərin  öz  nəsillərindən  çıxacağına  ümid  edən  yəhudilər  onun da  həzrət  İbrahim  nəslindən, Yafətoğullarından  olduğunu  görüb  dəli  olmuşdular. Əlavə izaha  ehtiyac varmı?

Deyirmişlər  güya  ona  görə  onun  peyğəmbərliyini  qəbul  etmirlər ki, güya o, İshak  nəslindən  olmalıymış. Qəribədir, elə isə İshak nəslindən olan bütün əvvəlki peyğəmbərlərə niyə düşmən kəsilmişdilər? İslama  qədər onlar  bütün  Ərəbistana  yaymışdılar ki, son  böyük  peyğəmbər  tezliklə  zühur  edəcək və özlərinin  nəslindən  olacaq, onlar da onun ardınca gedib  bütün  dünyaya  sahib  olacaqlar. Amma  gözlədikləri  kimi  olmayanda, dörd  min ilə  yaxın  onların  peyğəmbərlərlə  ədavətinə  səbr  edən  Allah Təala  son  böyük  peyğəmbərini seçmək  üçün  bu  dəfə  üzünü  İsmayıl  nəslinə  tutanda  onlar  kin-küdurətlərindən Məkkə kafirləri  ilə  əlbir  olmaqdan  belə  çəkinmədilər. Dindarın  dindara  qarşı  kafirlə  birləşməsi! Təsəvvür edirsinizmi  bu  nə  deməkdir?!

Rəsulüllahın  İsmayıl  nəslindən  çıxması  faktının  üstünə  bir  də  İslam  anlayışının əhatə  böyüklüyünü, yəni  yəhudi və xristianlığı da öz içinə alaraq  dünyadan  gəlib  keçən  bütün peyğəmbərlərin  müslim  adlandırılmasını  da  gəlin. Allah Təala  həzrət  Məhəmmədə  deyir ki, Kitab  Əhlinə   “ De  ki, ey Əhli  Kitab! Bizdən  xoşlanmamağınız  bizim  Allah Təalaya  və  bizə  endirilənə və daha  əvvəl  endirilmiş  olana  iman  etdiyimiz... üzündəndirmi?”  / Surə 5, ayə 59 /.

Yəni  belə  demək  mümkünsə,  “İshak  nəslindən  olmasam  da  mən  də  həzrət İbrahim  nəslindən  deyiləmmi ?  Sizə  haqq  lazımdırmı, yoxsa dünya ağalığı ? ”

Yəhudilər  həzrət İsanın  ailə  qurmadığını, buna  görə  də  İshakoğullarının peyğəmbərliyinin  həzrət İsa  ilə  də  bitdiyini  bilmirdilərmi yoxsa ?  Son  peyğəmbərin  gəlişini gözləyirdilərsə  onun  yalnız və yalnız  İsmayıl  nəslindən  olacağına  əmin  deyildilərmi? Yoxsa həzrət İbrahimin  bu  ikisindən  başqa  oğlu  varmışmı? Adının  Əhməd  olacağını, hətta kürəyinin  tən  ortasında  göyərçin  yumurtası  böyüklükdə  peyğəmbərlik  möhürü  hesab  edilən xalın  olacağına  qədər  bütün  nişanələrini  əvvəlki  peyğəmbərlərin  kitablarından oxumamışdılarmı ?  Hələ  12  yaşında    olanda  əmisi  Əbu Talıbla  Şam  səfərinə  gedəndə  qoca  xristian  rahib  Bəhira  balaca  uşaqda  həmin  o əlamətləri  görüb  heyrətindən sarsılmamışdımı ?  O  da  bu  əlamətləri  digər  yəhudilər  kimi  köhnə  kitablardan oxumamışdımı ?  Tam  əmin  olmaq  üçün  uşağın  köynəyini  soyundurub  kürəyinin  ortasındakı  həmin  o  peyğəmbərlik  möhürünü  görüncə  sevincdən  axan  göz  yaşları  içində əyilib  o  xaldan  öpməmişdimi ?  Əbu Taliba  da  bərk-bərk  tapşırmamışdımı  ki, buradanca  geri  dönsün, çünki  Şamdakı  yəhudilər  gələcək  son  böyük  peyğəmbərin  bütün  əlamətlərini öz  doğma  oğullarının  əlaməti  kimi  tanıyırlar, uşağı  tələf  edərlər ?

Niyə  uşağı  tələf  etsinlər?  Çünki  çox  kitablar  oxumuş, yaşı yüzü haqlamış, dünyagörmüş  o  qoca  yaxşı  bilirdi  ki, uşaq  hansı  nəsildəndir. Məkkə Qüreyşilərindəndirsə, demək  İsmayılın  nəslindəndir, yevreylərdən  deyil. Yevreylərdən deyilsə demək ərəblərdən də deyil, çünki ərəblər də evreylər kimi Samoğullarındandırlar.

 “Seçilmiş xalq”...  “Allah  Təala  tərəfindən  üstün  ayılmış ,  Fələstin  tərəflərdəki bərəkətli  torpaqların  vəd  olunduğu  xalq”.... Allah  Təala  bunu  həzrət  İbrahimdən  törəyəcək nəsillər  üçün  deyir. Demək , əslində  Allah Təala  tərəfindən  seçilmiş, bərəkətli  torpaqlar  vəd olunmuş  xalq  Yafətoğulları  olan  türklər  imiş, o uzaq  minilliklərdə, tufandan  sonrakı  o ilkin çağlarda  qələm  yevreylərin  əlində  olduğu  üçün  onlar  bunu  öz  adlarına çıxmışlar. Dədələrimiz  türklər  isə  savaş  meydanlarında  “baş  kəsib, qan  töküb, ad  qazanmaqla, hünər göstərməklə ”  məşğul  olmuşlar  deyə  bundan  xəbərləri  olmamış.

Amma  görürsünüzmü  həqiqət  itən  deyil, gec də olsa  yerini  tapır. Odur ki  başını hər  zaman  dik tut  sevgili türk insanı. Sən  ən  şərəfli  nəsildənsən, Allah Təalanın  bütün  digər nəsillərdən  üstün  seçdiyi  nəsildənsən, bəşəriyyətə peyğəmbərlər  bəxş  edən  nəsildənsən! Həbibullah  İbrahim  peyğəmbəri, Kəlimullah Musa peyğəmbəri, Ruhullah İsa peyğəmbəri, nəhayət, aləmlərə rəhmət olaraq göndərilmiş  Rəsulüllah  Məhəmməd  peyğəmbəri  insanlığa verən Yafət nəslindənsən!

 ( İbrahim  peyğəmbərin  Samoğullarına  deyil, Yafətoğullarına  aid  olmasına  gözəl bir  yunan  əfsanəsi  də  şahidlik  edir. Bu  “Prometey”  əfsanəsidir.  Mən  “Əfsanəvi Arqo gəmisinin sirri”  adlı  əsərimdə  “Arqonavtlar”  əfsanəsindəki  Afamantın İbrahim  peyğəmbər olmasını, Yasonla  bağlı  hadisələrdə  isə  Musa  peyğəmbər dövrünün hadisələrinin  əlaqələrini faktlarla  göstərdiyim  üçün  o  əfsanə  üzərində  dayanmaq  istəmirəm. Amma  bilin  ki, o əfsanə də, Prometey  əfsanəsi də, ümumiyyətlə, bütün  qədim  yunan  əfsanələri  qədim  yevrey  və  türk əfsanələrinin  sintezidir, çünki o  əsərimdə  dediyim  kimi, yunan  xalqını  Aralıq  dənizi sahillərindən gəlmə yevreylər və Kiçik Asiyadan, eləcə də, Alp dağlarından  aşıb Balkanlara doluşan  türklər  formalaşdırmışlar. Demək, Prometeyin də  izi yevrey və türk xalqlarında axtarılmalıdır. Belə ki, məlum olduğu kimi, Prometey Zevsin əmri ilə  Hefest tərəfindən qayaya zəncirlənmişdir, Hefestin isə Kolxida padşahı  Eetin  sarayı  üçün  tikililəri  məlumdur. Həmin bu  padşah  Eet isə   “Arqonavtlar”  əfsanəsindən  tanıdığımız  Medeyanın  atasıdır, ”Arqo” gəmisinin  kapitanı  Yasonun  qaynatasıdır. Arqonavtlar  isə  İbrahim  peyğəmbər  zamanının səyyahları  olduğu  üçün  demək  Prometey də, Hefest də, Zevs  də  həmin  o  dövrün, yəni eradan  qabaq  3500-cü  illərin  adamlarıdırlar. Tanrılar  filanlar  deyillər, bizim  kimi  adi adamlardırlar, sonralar  əfsanələşdirilib  ilahi  pərdələrə  bürüdülmüşlər. ”Prometey”  sözü  “pro” və  “me-dhe”  sözlərindən  ibarət  olub  “öncəgörən”, ”irəlidüşünən”  mənasındadır, yəni ləqəbdir. Öncəgörmək isə  peyğəmbərlərə  xasdır. ”İbrahim medhe”, “Avraam medhe”  ifadəsi şəklini  dəyişərək  “Prometey”  şəklinə  düşmüşdür. Prometey də İbrahim peyğəmbər kimi tanrılara qarşı çıxmırmı? Sadəcə, ona  verilən  cəza  fərqlidir. Əfsanədə  o,  qayaya  zəncirlənir və  bir  qartal  gəlib  onun  ciyərini  yeyir, ciyər yenidən yaranınca  qartal  gəlib  yenə  onu yeyir. Həqiqətdə  isə  bütləri  sındırdığına  görə  qəbilə  üzvləri  onu  zəncirləyib  tonqalın içinə atırlar ki, yansın, amma o, Allah Təalanın  əmrilə  yanmır, ölmür. Cəza  fərqli  olsa  da  son  eynidir; qartal  hər  dəfə  onun  ciyərini  yesə  də  Prometey  ölmür. Sonunda  Herakl  o qartalı oxla vurub öldürür  və  Prometeyi  bu  əzabdan  xilas  edir.

İbrahim  peyğəmbər  dövründən  ta  yunan  xalqı  formalaşana  qədər  bir  neçə  min  il keçdiyi  üçün  əfsanədə  önəmli  bir  şey  qarışdırılmışdır: guya  Prometey  gildən  adamlar düzəldirmiş, Afina  da  onlara  öz  ruhundan  üfürüb  canlandırırmış. Ola  bilsin  əfsanə yaradıcıları  ona  bu  bacarığı  verməklə  onu  adi  adamlar  cərgəsindən  çıxarıb  ilahiləşdirmək məqsədi  güdmüşlər. Həqiqətdə  isə  gildən  insanlar deyil, bütlər düzəldən  İbrahim  peyğəmbər yox, onun  atası Azər olmuşdur.

Prometeyin  odu  tanrılardan  oğurlayıb  insanlara  verməsi, tanrıların  da  buna  görə ona  qəzəblənməsi  o deməkdir ki, İbrahim  peyğəmbər  bütlərə  tapınmamaq, tək olan Allaha inanmaq  həqiqətini  insanlara  çatdırdığı  üçün  bütpərəst  başbilənlərin  qəzəbinə  səbəb olmuşdur.

Prometeyin  arvadının  adı  Hesiona  olmuşdur. ”Arqonavtlar”dakı  Afamantın  ikinci arvadının  adı  İona  olmuşdur. Hesiona... İona... Uyğunluq  varmı?

Demək, Prometey  İbrahim- medhey, İbrahim öngörücü, yəni İbrahim  peyğəmbər imiş. Elə isə  xatırlatmaq  istəyirəm  ki, yunan  tanrılarının  genealogiyasına  görə  Prometey titanlardan  Yapetin  ( Yafətin )  oğlu  olmuşdur. Odur  ki  Prometey  kimi  əfsanələşdirilmiş İbrahim  peyğəmbər Samoğullarından, yevreylərdən  deyil, Yafətoğullarından, yəni türklərdəndir.)  

Yevreylər,  təbii  ki, bu  fikri  yaxınlarına  belə  buraxmazlar. Onlar  heç Rəsulüllahın  həqiqiliyini  də  bu  günəcən  qəbul  etməmişlər. Çünki  əvvəlki  peyğəmbərlərdən fərqli  olaraq  o, ərəblər içində  yaşayanlar  arasından  çıxmışdı  deyə  onu  da  qələmlərinin  bir tək  hərəkəti  ilə  öz  nəsillərinə   “dartmaq”  imkanından  məhrum  olmuşdular. Və  nə  qədər ki, başqa  millətlərdən  üstün  olmaq  xəstəliyindən  sağalmayacaqlar, heç  zaman  onun  həqiqiliyini qəbul  etməyəcəklər. Çünki  onu  peyğəmbər  kimi qəbul  etməklə  əvvəlki  peyğəmbərlərə etdikləri  zülmə  görə  Allah Təalanın  onlara  qəzəblənməsini, onlardan  üz döndərməsini  və məhz  buna  görə   son  peyğəmbərini  onlar arasında  yaşayanlardan  seçmədiyini  boyunlarına almış olarlar. Qurani-Kərimdə  onların  əsrlərlə  peyğəmbərlərə  etdikləri  zalımlıqlar  barədə  çox  sayda  ayələr  vardır. İçlərində  zaman-zaman  ilahi  nur  kimi  parlayan  peyğəmbərlərin qədir-qiymətini  bilmədikləri  üçün  Allah Təala  onlara  gözəl  bir  misal da çəkmişdir: “Özlərinə Tövrat yüklənmiş, sonra onu yüklənməmiş olanların misalı cildlərlə kitab daşıyan eşşəyin misalı kimidir.Allahın  ayələrini təkzib edən qövmün misalı nə qədər fənadır və Allah zalımlardan olan qövmü doğru yola sürüməz. De ki: Ey yəhudi olan kimsələr! Əgər siz Allah üçün insanlardan ayrı dostlar olduğunuzu xəyal edirsinizsə indi ölüm arzulayın, əgər siz Ona sadiq kimsələrsinizsə. Halbuki onu əbədiyyən arzu etməzlər əllərinin təqdim etdiyi --- günah--- səbəbiylə. Allah isə zalımları haqqıyla biləndir. ”  / Surə 62, ayə 5-6-7 /.

Bu  yerdə  türk  kəlməsinin  özünə də münasibətimi  bildirmək istəyirəm. Mən bu kəlmənin  əski  türkcədə  “ayrı düşmək”, ”uzaqlaşmaq” anlamına  gələn  “tərik düşmək”  sözündən  gəldiyini  qəbul  edənlərlə  tam  razıyam. Amma  kəlmənin  türklərin  sayı çoxaldıqdan  sonra  bir-birlərindən ayrı-ayrı  yerlərə  köç etdikləri zamanlarda  bu  millətə verildiyi  ilə  razı  deyiləm. Mənim  fikrimcə  “türk”  kəlməsinin  yaşı həzrət Nuhun yaşı qədər qədimdir, çünki atasından, qardaşlarından  ayrılaraq  uzaqlara, Orta Asiyaya  getməklə  ilk tərik düşən , yəni  ilk tərik, ilk türk Yafət olmuşdur. Belə olan  halda  “tərik düşmək”  ifadəsinin özünün  yaşı  həzrət Nuhun özündən də qədim olur; bu ifadə tufanın o üzündəki bəşəriyyətə gedib çıxır. Tufandan  salamat çıxan, üç oğula və üç gəlinə  sahib olan ahıl yaşlarında bir adamın özündən yeni bir dil icad etməsinə nə ehtiyac vardı ki?  O da , oğulları da tufanın o üzündə danışdığı dildə danışmalı deyildilərmi?  Tufanın o üzündəki bəşəriyyət isə dini bilgilərə görə vahid dildə danışan vahid millət imiş. Əgər Nuh peyğəmbər həmin o vahid millətin dilində danışırmışsa...Və  o  millət  də  həzrət Adəmdən  törəyən  ilk  bəşəriyyət imişsə... Onda, demək ,o millətdən  əvvəl  həzrət Adəmin  özü  bu  dildə  danışıbmış. Yenə  etiraz  səsləri ucalacaq, bilirəm. Bir  növ  adətkərdə  olmuşam  etiraz  səslərinə. Amma  ilk  insanın  adının  ərəblərdə  “Adəm”,  yəhudi və xristianlarda  “Adam”  olduğu  barədə  heç düşündünüzmü?  İndiyədək də şüurlu, danışan, ikiayaqlı varlıqlara türk millətindən başqa hansı millət  “adam”  deyir? Yoxsa sanırsınız  bu bir təsadüfdür?

Təsəvvür etmək çətin olsa da, sadəcə belə bir səhnə düşünün: Yaradan gildən bir varlıq  yaradır, sonra ona öz Ruhundan üfürüb can verir və soruşur: ”Sən nəsən?”. Həmin varlıq da  cavabında  deyir: ”Adam”... Yəni  sözəm  mən, isiməm, yəni sözdən yarandım, ”ol” dedin oldum. Adam, ad.

Yəni  heç  ağılla  düşünməzmisiniz ?

İlkin  çağlarda  həzrət  Nuhun  özü də,  oğulları  da  və  onlardan törəyənlər də bu vahid  dildə, yəni əski türkcə ilə danışmışlar. Yafətoğulları  bu  dili  Orta  Asiyada  qoruyub saxlamış, amma  Sam  və  Xamoğulları  minillər  ötdükcə  dillərini  dəyişmişlər. Mən bu fikirdəyəm və bunun həqiqət olduğuna qətiyyən şübhəm yoxdur. Ona  görə  də  içlərindən  çıxan peyğəmbərlərlə  bəşəriyyəti  doğru  yola  çağıran  bu  nəsilin  “Dədə Qorqud”  kimi  möhtəşəm bir  dastan  yaratmasında  mənim  üçün  qətiyyən  təəccüblü  heç  bir  şey  yoxdur.

Dədə  Qorquddan  danışırdım  mən. Oğuz xandan. Amma  min  illərin  əfsanələr dumanı  içində  bir  tək həqiqəti  axtara-axtara  fikirlər  aldı  apardı  məni.. Oğuz  dədələrimin ilkin  çağlarına  kiçicik  bir  işıq  saldım  ki, türk  dilinə  və  türk  millətinə  həqarətlə  baxan ağzıgöyçəklər  deməsinlər ki, mədəniyyətdən  uzaq  vəhşi  köçərilər  hesab  etdiyimiz  bu adamlar  necə oldu  da  durub  dururkən  poetik  dil  baxımından  dünyada  tayı-bərabəri  olmayan  möhtəşəm  bir  dastan  yaratdılar. Qələmlər  ucunda  tarixə soxulanların  saxta pərdələrinin  ucunu  azacıq  qaldırmaq  belə  yetdi  ki, həqiqət  gün  kimi  parlasın,  gör indi tarixçilər  əllərini  vicdanlarının  üstünə  qoyaraq  bu  pərdəni  tamamilə  sıyırıb  atsalar  daha nələr  nələr  aydınlığa  çıxar!

Türk  dilində  möhtəşəm  əsər  yaratmaq  olmazmış!!!  Bu da nə demək?!  Türkün dili  aydın, sərrast, qısa  hərb  dilidir. Bəli. O ilkin  çağlardan  ta  bu  yaxın  əsrlərə  qədər  savaş meydanlarının  bir  tək, yeganə  sahibləri  olduqlarından  əminəvələri  olan  yevreylər  və  ərəblər qələmlərinə  və  dillərinə  güc  verməyə  məcbur  olmuşlar. Ərəblər  fikirlərini ibarələrlə, çoxanlamlı  sözlərlə  ifadə  etməyi  öyrənmişlər, yevreylər  isə  peyğəmbərləri  qələmləri  ilə  öz nəsillərinə  “dartmaqla”  məşğul  olmuşlar.. Sonralar  türk  və  yevrey  qarışığı  olaraq  Yer üzünə  təşrif   buyuracaq  pəhləvi-farslar  şer  meydanında  hünər  göstərməyə  çalışmışlar. Və sanki  türk  ozanları  türk  millətinin  söz  meydanındakı  bu  boşluğunu  birdəncə  görüb  türk şifahi  dilinin  nəyə  qadir  olduğunu  göstərmək  üçün  qol  çırmamışlar. Və  sonunda  “Dədə Qorqud”  kimi  bənzərsiz  bir  dastan  yaratmağa  nail  olmuşlar. Elə  bir  dastan ki, dünya xalqlarının  bütün  dastanlarını  tərəzinin  bir  gözünə, onu  digər  gözünə  qoyacaq  olsan, o ağır gələr  heç  şübhəsiz.

Nə  isə... Demək Oğuz xan... Tufandan  sonrakı  ilkin  çağlar...

Amma  xeyr, Dədə  Qorqud  o  uzaqlıqlara  gedib  çıxmır. Ən  azı  ona  görə ki, dastanda  İstanbulun  da  adı  çəkilir. Əvvəlki  adı  ilə  Konstantinopol  olan  bu  şəhər  isə eramızın  dördüncü  əsrinin  əvvəllərində  salınmış  və  şəhərin  rəsmi  açılışı  330-cu ildə olmuşdur. Bu  bir  səbəb. İkinci  səbəb... təccüblü olacaq, amma  səbəb  Qaraca  Çobanın sapandıdır!

Yeniyetməlik  vaxtlarımda  dastanı  oxuduğumda  Qaraca  Çobanın  bir  tək sapandla  o  qədər  kafirlərlə  vuruşması, onları  qaçmağa  məcbur  etməsi  məndə  gülüş doğururdu. Çünki  sapand  mənim  təsəvvürümdə  uşaqlıqda  şərçə, qaratoyuq  vurmaq  üçün haça  budaqdan  düzəltdiyimiz  əl  boyda  “ov”  aləti  idi. Haça  budaqlara  rezin, rezinlərin ucuna  da  daş  qoymaq  üçün  kiçicik  dəri  bağlardıq. Fındıq  böyüklüyündə  olan daşları quşlara  atardıq. Yüz  daşdan  98-i  hədəfə  dəyməzdi, ikisi də şübhəli olardı. ”Deyəsən dəydi, amma uçdu getdi”  deyə  özümüzü  sındırmazdıq. Böyük  bir  elin  on  minlərlə  qoyun-quzusunu əl  boyda  sapanda  necə  etibar  etmək  olardı?  Müəllimlərimiz  bizi  başa  salmağa  çalışardılar ki, sapand  böyük  olub, çünki dastanda  deyilir ki, Qazan  xanın  yurdunu  talan  edən  kafirlərin qoyun-quzu  üçün də gələcəklərini bilən Qaraca Çoban sapand  üçün  üç  təpə  daş yığmışdı. Daşlar  iri  imiş, hər  biri  bir  neçə  kafiri  xurd-xəşil  edirmiş. İri, amma  nə  böyüklükdə? İrilik də  xırdalıq  kimi  nisbi  anlayışdır. Vuruşma  zamanı  daşlar  bitincə  Qaraca  Çoban  əlinə  keçən  qoyun-quzunu  da  sapanda  qoyub  atır. Aha!. Demək  sapandın  bizim  fındıq  boyda daşları  qoyduğumuz  dərisi  qoyun-quzu sığacaq  qədər  böyük  olmalı  imiş. Aaaa!  Təsəvvür edirsinizmi?  Onda  sapandın  haçası  nə  böyüklükdə  imiş  görəsən?  Əl  boyda  haçadan  qoyun-quzu  keçməz ki. Sonra... Sapanddakı  daşı  atmaq  üçün  haçanı  bir  əllə  tutmaq, digər əllə  daş  qoyulmuş  dərini  dartmaq  lazımdır. Sapanda  qoyulmuş  qoyunu  tək  əllə  dartmaq?! Yəni  Qaraca  Çoban  nə  böyüklükdə  olmalıymış ki, tək bircə  əli  qoyunu  qamarlayacaq irilikdə  olsun?  Div  deyildi, təpəgöz deyildi, adi adam idi. Deyə bilərlər  onunla  bərabər  iki qardaşı  da  vuruşmuşdur. Amma  xeyr, qardaşları  vuruşma  zamanı  öldürülür, Qaraca  Çoban tək  qaldığı  zaman  daşlar  bitir  və  daş  əvəzinə  qoyun-quzunu  tək  qaldığı  zaman  sapanda qoyub atır. Yaxşı, bəlkə  sapand  o  qədər  böyükmüş ki, əllə  tutulmurmuş, yerə  qoyulurmuş? Ya  da , ümumiyyətlə, bizim  bildiyimiz  haça  formalı  kiçik  sapandlardan  deyilmiş, sadəcə olaraq , uzaq  məsafəyə  dartılaraq  daş  ata  bildiyi  üçün  ona  sapand  deyirmişlər?

Dastana  müraciət  edək. . Qaraca  Çoban  “üç  yerdə  təpə  kimi  daş  yığır, ala qollu sapandını  əlinə  alır... Sapandının  daşlığı  üçyaşar  dana  dərisindən, sapandının  qolları  isə  üç keçi  tükündən  düzəlmişdi. Sapandın  çatısı  bir  keçi  tükündən  idi...”  Qəribə  sapanddır elədirmi? Heç  uşaqlıq  oyuncağımız  olan  sapandlara  bənzəmir  nəsə. Diqqət  edin: sapandın ala  qolunu  əlinə  alır. Bu , sapandın  əsas  hissəsi  olmalıymış ki, ayrıca  vurğulanmışdır. Həm də  təkdir. ”Ala qolları”  deyilmir. Ala  qol. Bir  tək  qol. Üç  keçi  tükündən  düzəlmiş  hissə  isə cütdür,  “qollar”dan  söhbət  gedir. Həəə. Mancanaq  deyilmi  bu?  Avropalıların  ballist, katapult dedikləri daş və ya  qalın  uzun  ox  atan  hərb  alətlərinə  türklər  mancanaq, mancınık, sapan deyirdilər. Mancanaqlar  silahın  qabaq  hissəsində  sağ  və  sol  tərəfə  bərkidilmiş  öküz buynuzlarının  kaman  kimi, yay  kimi  gərilmə  qüvvəsi  hesabına  işləyirdi. Buynuzları  dartmaq  üçün  onların  uclarına  oküz  damarlarından  və ya  keçi  tükündən  hörülmüş  qalın, son  dərəcə  möhkəm  kəndir  bağlanırdı. Bu  kəndir  başqa  bir  kəndirlə  mancanağın  arxa tərəfində qoyulmuş  barabana  dolanırdı;  beş-on  adam  lazım  olurdu o barabanı  hərlədə-hərlədə  o  kəndiri  barabana  dolamağa., çünki  buynuzu  dartmaq  kaman  dartmaq  kimi  asan məsələ  deyildi. Atış  vaxtı olanda  barabanı  sərbəst buraxırdılar, gərilmiş  buynuzlar  anidən düzəldiyi  üçün  barabana d olanmış  kəndir də anidən  açılırdı  və  böyük  qalın  ox  ildırım sürəti ilə  500—1000  metr  məsafəyə  uçurdu. Həmin  buynuzlara  qollar  deyilirdi. Daş atan mancanaqlarda  ox  yeri  əvəzinə  şaquli  hərəkət  edə  bilən  iki- üç  metr  uzunluğunda  ağac  tir olurdu, buynuzlara  bağlanmış  kəndir  həmin  bu  tirin  arxasına  keçirilirdi. Baraban  hərləndikcə  bu  ağac  tir  də  aşağı  enirdi. Ağacın  ön  hissədəki  ucuna  daimi  ağırlıq  asılardı  və ya  bərkidilərdi, kəndirlər  tərəfdəki  ucunda  isə  daş q oymaq  üçün  öküz  dərisindən  böyük daşlıq  vardı. Atış   vaxtı  gərilmiş  buynuzlar  düzələndə  həmin  bu  ağac  tir  də  sürətlə  yuxarı doğru  hərəkət  edər  və  daşlıqdakı  böyük  daşları  çox  uzaqlara  atardı. Top-tüfənglərin ordularda  özlərinə  möhkəm  yer  aldıqları  orta  əsrlərə  qədər  bu  silahlardan  qalaların müdafiəsi  və  mühasirəsi  zamanı  çox  geniş  istifadə  olunurdu. Bax  həmin  o  ağac  tir,  tək qol  Qaraca  Çobanın  əlinə  aldığı  ala  qol  imiş..

Bu  döyüş  alətinin   eramızdan  əvvəl  beşinci  əsrdə  Çində  icad  olunduğu deyilir. Avropada  Makedoniyalı  İsgəndər  zamanından  yayğın  imiş. Qılınc-ox  dövrünün  ən  dəhşət doğuran  silahı  imiş. Qədim  tarixçılərin  yazdığına  görə  sapanlardan, mancanaqlardan  atılan daşların  elə  dağıdğcı  gücü  varmış ki, onların  qabağında  nə  piyadaların  qalxanları, nə də süvarilərin  zirehləri  davam  gətirə  bilmirmiş, onlara  nə  torpaq  dözə  bilirmiş, nə də insanların tikililəri. Daşlar  5 kg, 13 kg, 26 kg, hətta  üç  talant, yəni  78 kg  ağırlığında olurdu, qalaların divarları, qullələrin  ucları  mancanaq-sapanlardan  atılan  daşların  zərbi  ilə  dağım-dağım olurdu. Torpağa  düşərkən  böyük  çökəkliklər  əmələ  gətirdikləri  üçün  toz-torpaq  göyə qalxardı. Diqqət  edin:  Qaraca  Çoban   “hər  atanda  12  batman  daş  atardı. Atdığı  daş  yerə düşməzdi. Yerə  düşsə  də  toz  kimi  sovrular, kül  kimi  ovulardı. 3 ilədək  daşın  düşdüyü  yerin otu  bitməzdi..”.

Demək, Qaraca  Çobanın  sapanı  bütün  Avropa  və  Asiyada  məşhur  olan mancanaq  adlı  dağıdıcı  hərb  alətiymiş. Amma  Oğuzlara  nə  zaman  gəlib  çıxmışdır  o  silah? Önəmli  olan  budur..

 (ardı  var)

Mirzə  Hacıyev

***

Dədə Qorqudu düşünərkən - I Hissə
//modern.az/articles/68656/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI