Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aztc.gov.az az saytı artıq 7 dildə fəaliyyət göstərir. Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycan, ingilis və rus dillərində yayımlanan sayt artıq ispan, ərəb, fars və türk dillərində də yayımlanır.
Qeyd edək ki, mərkəzin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının (xezerjurnali.az) və “Aydın yol” qəzetinin (aydinyol.az) saytları da internet istifadəçilərinin ixtiyarına verilib.
Elmin NURİ