Son illər ədəbi mühitə kifayət qədər yeni rəng qatmağı bacaran yazıçı Mahir Qabiloğlunun yeni kitabı çapdan çıxıb.
Modern.az saytının məlumatına görə, "Cəncəhim” adlı romanda hadisələr az qala bir neçə paralel dünyada təsvir edilir və əslində həm də günün problemlərini ortaya çıxarır. Romanın fəlsəfi gücü isə ondadır ki, əksər romanlarda insan problemlərinə bir yanaşma varsa, Mahir Qabiloğlu romanında insanın özünün bir problem olduğunu ortaya çıxarır.
Və bunu da qeyd edək ki, Mahir Qabiloğlu bu romanını 2009-2014-cü illərdə qələmə alıb. 222 səhifəlik kitabın redaktoru Eldəniz Elgün, bədii tərtibçisi Azər Aydın, korrektoru isə Mahmud Qəzənfəroğludur.
Xatırladaq ki, bu, müəllifin "Atam Qabilin qəribə əhvalatları”, "Ərmən – Şuşanikin sevgisi” kitablarından sonra sayca 3-cü kitabıdır.
Modern.az