Modern.az

Bakıda Yeni il bayramı ilə bağlı yarmarkalar açılacaq - ÜNVANLAR

Bakıda Yeni il bayramı ilə bağlı yarmarkalar açılacaq - ÜNVANLAR

İqtisadiyyat

15 Dekabr 2014, 17:48


Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar paytaxt  əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə yarmarkalar keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin təşkil edəcəyi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları 27-31 dekabr 2014-cü il tarixlərində  fasiləsiz olaraq 5 gün müddətində keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunacaq:

Xətai rayonu - Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası;
Nərimanov rayonu – “Gənclik” metrostansiyasının yanı;
Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov  küçəsi 1, Məktəbin arxası;
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi; - Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...