Modern.az

“Sığortalar kommersiya bankları kimi xalqın qanını sorur”

“Sığortalar kommersiya bankları kimi xalqın qanını sorur”

İqtisadiyyat

16 Dekabr 2014, 13:15



Milli Məclisin bugünkü iclasında Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunulub.

Modern.az saytı xəbər verir ki, məsələ ilə bağlı deputat Fəzail Ağamalı çıxış edib. O qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır: “Sığortalar kommersiya bankları kimi Azərbaycan xalqının qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu sahədə həqiqətən problemlər mövcuddur: “Bu gün sığorta sahəsində ciddi problemlər var. Bununla bağlı xeyli sayda şikayət məktubları daxil olur. Ümumiyyətlə, dünyada sığorta şirkətləri pul qazanmaqla məşğuldur. Onlar milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər. Düşünürəm ki, Azərbaycanda da bu məsələyə yenidən baxmaq lazımdır”.

Qeyd edək ki, "Hərbi qulluqçuların icbari sığortası haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bu fikirlər səslənib. Sonda qanun layihəsi səs qoyularaq qəbul edilib.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...