Modern.az

Rusiyanın İnterpola verdiyi azərbaycanlılar: II SİYAHI - FOTOLAR

Rusiyanın İnterpola verdiyi azərbaycanlılar: II SİYAHI - FOTOLAR

Ölkə

16 Dekabr 2014, 16:37

İnterpol dünyanın 190-dan artıq ölkəsini öz sıralarında birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın mərkəzi Fransanın Lyon şəhərində yerləşir. Beynəlxalq qurum narkotik qaçaqmalçılığı, banditizm, dələduzluq və yetkinlik yaşına çatmayanlara qarşı cinayət törədən şəxslərin bütün dünya üzrə axtarışını koordinasiya edir. Ayrı-ayrı ölkələr İnterpola müraciət edərkən təşkilatın xətti ilə xüsusi təhlükəli cinayətkarları beynəlxalq axtarışa verir. Təəssüf ki, bu beynəlxalq axtarış sistemində yaşadıqları ölkələrdə cinayət törədən azərbaycanlıların da adına rast gəlmək mümkündür.
Modern.az saytı Rusiya Daxili İşlər Nazirliyinin axtarışa verdiyi azərbaycanlı cinayətkarların siyahısının II hissəsini təqdim edir.


Dağbəy Həsənov
- 1978-ci il iyunun 1-də Azərbaycanın Ağdərə rayonunda anadan olub. Rusiya Daxili İşlər Nazilriyi tərəfindən “külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və saxlanılması” maddəsi ilə İnterop xətti ilə beynəlxalq axtarışa verilib.


Emin Qurbanov
- 1978-ci il oktyabrın 2-də Sumqayıt şəhərində anadan olub. “Qəsdən adam öldürmə” və “qanunsuz olaraq odlu silah və partlayıcı maddə saxlamaq” maddəsi ilə beynəlxalq axtarışa verilib.


İlqar Verdiyev
- 1975-ci il aprelin 28-də Gəncə şəhərində anadan olub. “Seksual xarakterli zorakı hərəkətlər” maddəsi ilə beynəlxalq axtarışdadır.


Taleh Zeynalov
- 1991-ci noyabrın 15-də Xanlar rayonunda anadan olub. “Yol-hərəkət qaydalarının kobud şəkildə pozulması” maddəsi ilə axtarışdadır.


Zaur Nəsirov
- 1975-ci il avqustun 5-də Gəncədə anadan olub. “Yol-hərəkət və nəqliyyat vasitəsindən istifadə qaydalarının kobud şəkildə pozulması” maddəsi ilə İnterpol tərəfindən axtarılır.        


Nəsimi Abbasov
- 1948-ci il iyunun 14-də Bakı şəhərində anadan olub. Yol-hərəkət və nəqliyyat vasitəsindən istifadə qaydalarının kobud şəkildə pozularaq zərərçəkənin ölümünə səbəb olma” maddəsi ilə Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.

Fəxrəddin Mehdiyev - 1975-ci il dekabrın 1-də Cəbrayıl rayonunda anadan olub. “Qəsdən adam öldürmə” maddəsi ilə beynəlxalq axtarışdadır.


Şahin Fətullayev
- 1991-ci il mayın 22-də Daşkəsən rayonunda anadan olub. “Yetkinlik yaşına çatmayan şəxsi zorlama” maddəsi ilə beynəlxalq axtarılır.

Vüqar İsgəndərov - 1973-cü il iyulun 7-də Astarada anadan olub. “Qəsdən adam öldürmə”, “qəsdən sağlamlığa ağır zərər vurma” və “quldurluq” maddələri ilə beynəlxalq axtarışa verilib.

Şahin Novruzov - 1983-cü il oktyabrın 10-da Volqoqrad vilayətində andan olub. “Mütəşəkkil cinayətkar dəstə tərkibində quldurluq” maddəsi ilə axtarılır.

Ceyhun Mustafayev - 1968-ci il aprelin 24-də Qazax rayonunda anadan olub. “Qabaqcadan əlbir olan bir qrup şəxslə iki və daha artıq insanı qəsdən öldürmə” maddəsi ilə axtarılır.

Fariz Məmmədov - 1986-cı il iyunun 24-də Mingəçevir şəhərində anadan olub. O, “soyğunçuluq” maddəsi ilə beynəlxalq axtarışdadır.

Ələddin Quluzadə - 1970-ci il fevralın 15-də Xanlar rayonunda anadan olub. “Odlu silahdan istifadə etməklə soyğunçuluq törətmə” maddəsi ilə beynəlxalq axtarışdadır.

Lütfiyar Nəsibov - 1960-cı il martın 28-də Ermənistanda anadan olub. “Külli miqdarda vəsaitin mənimsənilməsi” və “fırıldaqçılıq” maddələri ilə İnterpol tərəfindən axtarılır.

Şahin Hacıyev - 1966-cı il iyunun 2-də Bakı şəhərində anadan olub. Rusiya Cinayət Məcəlləsinin “adam oğurluğu” və “qəsdən adam öldürmə” maddələri ilə İnterpol tərəfindən axtarılır.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi