İnterpol dünyanın 190-dan artıq ölkəsini öz sıralarında birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın mərkəzi Fransanın Lyon şəhərində yerləşir. Beynəlxalq qurum narkotik qaçaqmalçılığı, banditizm, dələduzluq və yetkinlik yaşına çatmayanlara qarşı cinayət törədən şəxslərin bütün dünya üzrə axtarışını koordinasiya edir. Ayrı-ayrı ölkələr İnterpola müraciət edərkən təşkilatın xətti ilə xüsusi təhlükəli cinayətkarları beynəlxalq axtarışa verir. Təəssüf ki, bu beynəlxalq axtarış sistemində yaşadıqları ölkələrdə cinayət törədən azərbaycanlıların da adına rast gəlmək mümkündür.
Modern.az saytı Belarus Daxili İşlər Nazirliyinin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi azərbaycanlı cinayətkarların siyahısını təqdim edir.
Niyazi Hüseynov -1970-ci il sentyabrın 11-də Azərbaycanın İmişli rayonunda anadan olub. Belarus Daxili İşlər Nazirliyi tərəfindən “quldurluq” və “soyğunçuluq” maddələri ilə beynəlxalq axtarışa verilib.
Elçin Əliyev - 1971-ci il iyulun 11-də Saatlı rayonunda anadan olub. Belarus Cinayət Məcəlləsinin “hədə-qorxu yolu ilə pul tələb etmə” maddəsi ilə axtarılır.
Məcid Rüstəmov - 1978-ci il fevralın 25-də Azərbaycanda anadan olub. “Xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə axtarılır.
Nurəddin Rüstəmov - 1974-cü il yanvarın 17-də Azərbaycanda anadan olub. “Xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə axtarılır.
Cavanşir Əsgərov - 1971-ci il iyulun 3-də Şəmkir rayonunda anadan olub. Belarus Daxili İşlər Nazirliyi tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə beynəlxalq axtarışa verilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışa verdiyi azərbaycanlı cinayətkarların siyahısı.
İlqar Əhmədov – 1977-ci il mayın 5-də Gürcüstanın Saqareco rayonunda anadan olub. Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən “ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə” maddəsi ilə axtarılır.
Niyaz Musayev – 1968-ci il aprelin 6-da Gürcüstanın Telavi rayonunda anadan olub. Qəsdən adam öldürmə” maddəsi ilə axtarılır.
Vüqar İsmayılov