Modern.az

Elçin Hüseynbəyli: ““Qarabağnamələr”dən roman yazıram”

Elçin Hüseynbəyli: ““Qarabağnamələr”dən roman yazıram”

18 Dekabr 2014, 16:48

“Bu il çox hadisələr yaddaşımda qaldı. Ancaq ən vacibi odur ki, 5-ci sinif dərsliyində var idim. Bu il isə kurrikuluma əsasən, 7-ci sinfin dərsliyində də təmsil olunuram. “5 saat” hekayəmi oxuyacaqlar və tədris olunacaq”.

Bunu Modern.az saytına açıqlamasında yazıçı, “Ədəbiyyat qəzeti”nin keçmiş baş redaktoru Elçin Hüseynbəyli deyib. Qeyd edək ki, yazıçı bu il “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin edilsə də, bir neçə aydan sonra öz istəyi ilə istefa verib. O, hazırda “Ulduz”  jurnalında müşavir vəzifəsində çalışır. Elçin Hüseynbəyli hazırkı fəaliyyəti ilə bağlı bunları deyib:

“Hazırda “Qarabağnamələr” üstündə bir roman yazıram. Şərti adı “100 il sonra”dır. Eyni zamanda adını çəkmədiyim, ancaq rus ədəbiyyatının şedevri olan bir romanın tərcüməsi ilə məşğulam.”

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI