Modern.az

Azərbaycanda BÖHRAN gözlənilmir - Deputat: "Hökumət bizi əmin edib ki.."

Azərbaycanda BÖHRAN gözlənilmir - Deputat: "Hökumət bizi əmin edib ki.."

İqtisadiyyat

19 Dekabr 2014, 09:41

“Neftin ucuzlaşmasının əhaliyə heç bir təsiri yoxdur. 2014-cü ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlara lazımi vəsait ayrıldı, 2015-ci ilin dövlət büdcəsi də təsdiq olundu. Növbəti il üçün də ciddi problem gözləmirik, çünki dövlətin ehtiyatı var. Əgər ciddi problem olsaydı, prezident ehtiyat fondundan müəyyən qədər vəsait ayırardı”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, baş nazirin keçmiş birinci müavini Vahid Əhmədov yarana biləcək böhran ehtimalı barədə danışarkən söyləyib.

Deputatın sözlərinə görə, neftin ucuzlaşması gələn ilin birinci yarısına qədər davam edəcək:

“Azərbaycanın dövlət büdcəsi müəyyən olunarkən, neftin qiymətinin 90 dollar nəzərdə tutulmasına baxmayaraq, hökumət bizi əmin edib ki, heç bir probelm olmayacaq. Amma bir daha deyirəm, dövlət büdcəsində investisiya layihələri var. Çətinlik olarsa, hökumət onlara yenidən baxa bilər, eyni zamanda Dövlət Neft Fondundan 1-2 milyon manat əlavə vəsait ayrıla bilər. Bu cür variantlar var”.



Vahid Əhmədov qeyd edib ki, əsas məsələ manatın məzənnəsinin qorunub saxlanılmasıdır:

“Cənab prezident də Sabirabadda elan etdi ki, növbəti ildə də manatın məzənnəsi dəyişməz qalacaq. Bunu prezident deyib və arxayınlıq yaradıbsa, əlavə narahatlığa ehtiyac yoxdur. Hansısa qurumda ixtisar gedirsə, bu, onların daxili problemidir. Hər şeyi neftlə bağlamaq olmaz”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...