Modern.az

Azərbaycanda 2 milyondan çox ailə var

Azərbaycanda 2 milyondan çox ailə var

Ölkə

20 Dekabr 2014, 10:10

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2014-cü ildə ailələrlə bağlı statistikanı açıqlayıb.

Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi  Aynur Veysəlova Modern.az-a verdiyi açıqlamada bildirib ki, bu ilin 9 ayında Azərbaycanda 53 400 nikah qeydə  alınıb: “Azərbaycanda ümumilikdə 2 013 800 ailə var. Ailə quranların  orta yaş həddi qadınlar üçün 24, kişilər üçün 28-dir. Ailə quranlar daha çox 25-34 yaş aralığındadır”.  

Komitə rəsmisi nikahdan kənar doğulan uşaqların sayının  25 069 olduğunu qeyd edib.

Gülşən RAUFQIZI


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi