Modern.az

Kuba liderinin qızı: “Kuba ABŞ-ın maraqlarına xidmət etməyəcək”

Kuba liderinin qızı: “Kuba ABŞ-ın maraqlarına xidmət etməyəcək”

Təhsil

20 Dekabr 2014, 12:28


“ABŞ və Kuba münasibətlərinin istiləşməsi o demək deyil ki, ada yenidən kapitalist sisteminə keçəcək”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kubanın indiki lideri Raul Kastronun qızı Mariela Kastro bəyan edib.

“Əgər ABŞ bu dəyişikliklə Kubanın kapitalizmə qayıdacağını, ABŞ-ın ən təsirli iqtisadi qruplarının hegemon maraqlarına xidmət göstərəcəyinə, insanların fantaziya əsirliyində olmasına ümid edirsə, buna nail ola bilməyəcək”, - Kastro AP agentliyinə müsahibəsində vurğulayıb.

Onun fikrincə, bu yaxınlaşma sosial layihələrin inkişafında bir vasitəyə çevrilə bilər: “Məsələn, səhiyyə, təhsil, idman, bədii və elmi layihələrin reallaşdırılmasında  təcrid olunduğumuza görə bizim çox çətinliklərimiz olub”.

Dekabrın 17-də Ağ ev Kuba ilə 1961-ci ildə pozulan diplomatik əlaqələrin yenidən bərpa olunacağı ilə bağlı tarixi təşəbbüs göstərildiyini elan edib.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza