Modern.az

Qanlı Noel ərəfəsində Kıbrısdaydım…

Qanlı Noel ərəfəsində Kıbrısdaydım…

Ölkə

22 Dekabr 2014, 09:29

Ötən həftə  Kipdəydim.   Qəribə hisslər yaşadım. İndi adına Ermənistan deyilən torpaqlarımızın itirilməsi faciəsini yaşadım sanki.  Oranı biz tərk etməyə bilərdikmi?-sualı ilə çox üz-üzə qaldım.   Kiprdə yaşayan Türklərin  taleyi   indi adına Ermənistan dediyimiz ölkədə yaşayan Azərbaycan türklərinin  taleyinə çox bənzəyir.  Fərq ondadır ki, tarix boyunca  Azərbaycanın qərbində yaşayan bu zavallı insanlar 1988 -də sonuncu köçü yaşadılar. Kıbrıs türkləri də ötən əsrin 60-70-ci illərində  bu faciənin eşiyindəydilər. Amma tərk etmədilər, indi də oradadırlar.  Qurduqları dövlət hələ ki , bir kimsə tərəfindən ( Türkiyədən başqa) daha gülcü, daha qərarlıdırlar. 1963-də eynən Ermənistandakı kimi etnik təmizləmə siyasəti yürüdülməyə başladı  və həmin il  dekabr günlərində Noel ərəfəsində Türklərə qətliamlar yaşadılmağa başlanıldı.   1963 21 dekabrda başalayan və üç gün sürən qətllərdə  133 Kıbrıs türkü öldürüldü. Ona görə də  1963 tarixə  Qanlı Noel ili olaraq düşmüşdür. Bir neçə ay içərisəndə 100-dən artıq Türk kəndii işğal edildi, yağmalandı, talan edildi. 1963-dən 1974-ə qədər  dünyadan izolə halında olan türklər Kıbrıs Müqavimət Təşkilatının müqavimətinə rəğmən  yunanlar Adanın tamamını istəyirdilər,  onun bir hissəsini boşaltmağa nail olmuşdular. 1960-da Yunan və Türklərdən ibarət  bir ortaq dövlət qurulsa da  Kıbrıs Rumları bunu həzm edə bilmirdilər. Və nəhayət, 1974 Mutlu Barış harekatı . Bülənt Ecevitin  “Ayisə tətilə çıxsın” teleqrafı. İndi Ada ikiyə bölünmüş vəziyyətdədir. Amma 1988 və ondan öncə müqayiosə etdiyimiz Qərbi Azərbaycan torpaqlarını və burada yaşayan zavallı insanları qoruyacaq güç , onun qorunmasına qərar verəcək Ecevitlər yox idi. Olsaydı, durum indi tamamilə fərqli olardı


 …Ötən həftə  Kipdəydim.   Türkiyə Atatürk Kültür Dil ve Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəz Başkanlığı ve Doğu Ağdəniz Universiteti Atatürk Araştırma ve Uygulama Mərkəzi ortaklaşa düzənlədikləri  “ Beynəlxalq Boyutlarıyla Kıbrıs Məsələsi  ve Gələcəyi”  mövzusunda  simpoziyuma  dəvətliydim.  KKTC Cumhurbaşkanı Derviş Eroğlunun da qatıldığı bu tədbirdə

Kıbrıs məsələsinin  Türkiye və bölgə ölkələrini məşğul edən,  60  ildir daxili və xarici siyasətdə gündem olan bir konu olduğunu konfransa qatılan 50-dən artıq elm adamının dilindən eşitmək və  bu problemin  həllinə xırda da olsa katkıda bulunmaq Azərbaycan adına bir şərəf idi. Mənim məruzəmdə bu məsələyə ermənilərin baxış bucağından baxıldığından və erməni diasporu və Ermənistan dövlətinin Kipr yunanlarına yardımından bəhs etdiyindən maraq doğurmuşdu. 

 Bilindiyi kimi, Kipr 1571-ci ildə Osmanlı İmperatorluğunun  tərkibinə girənə qədər, əsrlər boyu  müxtəlif etnik mədəniyyətlərin təsiri altında qalmışdır. Kiprdə 6-cı  əsrdən bəri erməni, 8-ci əsrdən bəri də Maronit  topluluqlarının adanın etnik quruluşunda iştirak etdiyi bilinməkdədir. Əsas ünsür isə yunanlar olmuş, 1571-ci ildən sonra Türk əhalisi ikinci olaraq Adada yaşamaqdadır.  Osmanlı idarəçiliyi altında Kiprdə heç zaman etnik problemlər yaşanmamışdır. Erməni əhali də  Osmanlı təbəsi olaraq buarada  şad-xürrəm yaşamaqdaydı. Tarixin ayrı-ayrı dövrlərində Kipr  yunanları ilə  ermənilərin türklərə qarşı əməkdaşlıq  etməsini Osmanlı dövlətinin zəifləməsinə bağlayanlar bəlkə də aynılmırlar. Bu fəaliyyətlərin sonralar  qondarma "erməni soyqırımıı " məsələsində bunun zəifləmə ilə o qədər də əlaqəsinin olmadığını üzə çıxarmışdı. Kiprdə bu daha qabarıq özünü göstərməyə başladı. Osmanlı Kipri  İngiltərəyə tərk edəndən sonra , XIX   əsrin sonlarında  artıq bu iki xalqın ortaq düşməni türklər idi. Nədən? Bu sualın cavabını bir çox tarixçilər aramaqdalar.  Təsadüfi deyil ki, sözdə "erməni soyqırımı" ını qəbul edən ikinci  dövlət Cənubi  Kipr  (1982) olmuşdur. . Sözdə “erməni soyqırımı”nı Kipr  tərəfindən 3 dəfə qəbul edilməsi buna nə qədər önəm verildiyinin bir göstəricisidir. 1974 –də Kiprə Türkiyənin mutlu  barış  hərəkatından dərhal sonra 1975 -də, 1982-ci ildə, 1990-da  Bu  mövzu yenidən gündəmə gətirilərək onun həyata keçirilməsi üçün qanunlar çıxarılmasına çalışılmaqdadır.  

Qondarma "erməni soyqırımı" nın 100-cü ili ərəfəsində  bu dövlət  Türkiyəyə qarşı daha təsirli siyasət sərgiləməkdədir. Dövlət olaraq, Kipr Respublikası və Ermənistan arasında yüksək səviyyəli münasibətlər vardır. Dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlər zamanı bütün sahələrdə əlaqələr razılaşmalarla həyata keçirilir. Yunanıstan dan sonra" erməni soyqırımı "ının yalan olduğunu iddia edənlərə  cinayət  işi açılması ilə əlaqədar qanun qəbul etmək sırası Cənubi Kiprdədir.  Ehtimal ki, 100-cü il ərəfəsində bu da olacaqdır. Cənubi Kipr Məclisinin başçısı , Erməni  Marios Karoyanın bu işdə çox əməyi vardır. 2008-də 46 yaşında Kipr Rumlarının ikinci  şəxs mövqeyinə gəlməsi Ermənistanda da ona ümidləri artırırdı və ermənilərin onun təsiri ilə  bir çox ideoloji əməliyyatları asanlıqla yerinə yetirmək gücü vardır. Erməni iddiaları məhz onun sayəsində parlamentdə mütləq bir nəticə verməli idi, Adadan türklərin qovularaq burada tək millətin suverenliyini təmin etmək istəyən   ENOZİS ideoloqu və lider Makarios Marios Karoyan üçün də milli lider sayılırdı. O bu gün həddindən artıq Türk düşməni Makariosun təməlini qoyduğu Partiyanın başında olmaqla onun fikirlərini davam etdirir. Və Ermənistanın olan “Şant” Televiziyasına  verdiyi bir  müsahibədə  Kiprin türklər tərəfindən işğal edildiyini açıq dillə izah edir, deyir ki, Şimalda bizim dostlarımız var və onlar zamanı gələndə Türklərin işğalçı olduğunu yüksək səslə söyləyəcəklər.  Əcəba kimdir onlar ? Belələri var. Və ən qəribəsi odur ki, bunlardan bəziləri q Qarabağa gedərək konfranslar verir.Və Qarabağla Kipr arasında paralellər axtarırlar. Yunan və Ermənilər onlara dedirdə bilirlər ki, Kıbrısın Şimalı əgər əşğal deyilsə, onda nədən Qarabağda Erməni əhalisini “ müdafiə etməyə  gəlmiş“ Ermənistan işğalçı sayilmalıdır? İşğalçı isə hər iki dövlət- Ermənistan da , Türkiyə də işğalçıdır. Vaxtilə  Ermənistan prezidenti  Robert Koçaryan da  Qarabağ problemini Kipr probleminə bənzətmiş və həmkarı D. Xristofyasla görüşündə demişdi ki, Kipr problemi bu halında Qarabağa bənzəyir və bu vəziyyətin belə qalması bizi təmin edir.1967- dən başlayaraq hər il Adada 24 Aprel günü Şərqi Anadoluda "Qərbi Ermənistan Müstəqil Respublikası" nin qurulması ilə əlaqədar tələblərini səsləndirməkdədirlər. Erməni iş adamı Gevorg Zartanyanın başçılığında Erməni gənclər 1970- də Larnakada Xarici tələbələr düşərgəsini quraraq burada  terroristlər yetişdirməyə başlamışdılar. Qarabağda bu terrorçular savaşa  başlamışdılar. Onlar Türk diplomatlarını öldürdülər  1973də qurulduğu açıqlanan ASALA və JCAS (Erməni Soyqırımı ÜçünAdalet Komandoları) 1980 ortasına qədər Türk diplomatlarına istiqamətli silahlı hərəkətlərində düşərgə olaraq Cənubi Kipri seçirdilər. Ermənistanda bütün bunlar qəhrəmanlıq dastanları olaraq şərh olunur. Erməni mətbuatı terror təşkilatı olaraq   Kipr türklərinə divan tutmuş EOKA-nı özlərinə nümunə qəbul edir. EOKA-nın quruluşunun 60-cı ili günlərində Kiprli dostlara hədiyyə da verəcəklərini bəyan etmişdilər. Çox ehtimal ki, bu hədiyyə yeni bir terror hərəkəti idi. Çünki terrorçuların bir-birinə hədiyyəsi yalnız bu ola bilər. Belə hədiyyə bazarlığı dəfələrlə olmuşdur. 2011-də 60 yaşını qeyd EOKA'nın devamcıları kimlərdir? Əlbəttə  Azərbaycan və Türkiyəni hədələyən YENİ ASALA və digər erməni terror təşkilatları ... Cənubi Kiprdə təxminən 3000 Erməni yaşayır, amma burada ab – hava müəyyən edə bilirlər. Ölkənin ikinci şəxsi onlardandır…

   Kıbrısa, Adanın hər iki kəsiminə  da yeni il gəlir…Kıbrıslı Türklər qanlı Noeli yaxşı xatırlayırlar.  Noel hər il gəldiyindən onu unutmaları mümkün deyil…

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi