Dekabr ayının 30-da Milli Məclisinin payız sessiyası başa çatır. Həmin gün payız sesiyasının 2014-cü ildəki son iclası keçiriləcək və deputatlar tətilə gedəcəklər.
Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib. Məlumata görə, gündəliyə 15-ə yaxın məsələ salınıb.
Məsələlərin böyük əksəriyyəti dövlətlərarası sazişlərdir.
Eyni zamanda, hərbi xidmət haqqında qanunvericiliyə dəyişiklik də həmin iclasda müzakirəyə çıxarılacaq.
Namidə BİNGÖL