Modern.az

Nigar Köçərli MKM-in taleyindən danışdı: “Bu layihədən heç nə qazanmıram...”

Nigar Köçərli MKM-in taleyindən danışdı: “Bu layihədən heç nə qazanmıram...”

22 Dekabr 2014, 17:29


“Bu layihə davam etməyə də bilər, edə də bilər. Buna başlıca səbəb odur ki, kitaba qarşı laqeyd bir münasibət var. Baxmayaraq ki, son illər bir az irəliləyiş olub. Ancaq bu irəliləyiş elə də ciddi deyil. İnsanlar kitab oxumurlar, sanki kitaba qarşı nifrət var. Bu layihə mənim çox vaxtımı aparır. Bu layihədən heç nə qazanmıram. Bu sırf mənim sosial məsuliyyətim idi”.

Bunu Modern.az saytına açıqlamasında “Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bildirib.

Qeyd edək ki, hər iki ildən bir keçirilən Milli Kitab Mükafatının 2015-ci ildə baş tutmayacağı bildirilir. Nigar Köçərlinin özü də mətbuata açıqlamasında MKM-in keçirilməyəcəyini qeyd etmişdi.

Buna baxmayaraq Köçərli Modern.az-a açıqlamasında MKM-in baş tutma ehtimalını da vurğulayıb. Təsisçi mükafatın təşkilinin çətinliyini qeyd tsə də, növbəti il baş tuta biləcəyinə də ümidlidir:

“Bəlkə də davam edəcəyəm. Ancaq bu, çox vaxt aparan layihədir. Qalmaqallar insanın enerjisini kifayət qədər alır. Yazıçılar tez-tez müraciət edirlər ki, bu layihənin davamı olsun. Çünki bir neçə ildə ədəbiyyat mükafatları yaranıb. Mən onların hamısına müvəffəqiyyətlər arzulayıram. İstəyərəm ki, sayı çox olsun. Ancaq heç biri Milli Kitab Mükafatı qədər rezonanslı olmayıb. Hədsiz çox müraciətlər var. Ümid edirəm ki, növbəti ildə özümdə enerji, istək tapacağam və Milli Kitab Mükafatı davam edəcək”.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI