Modern.az

CHP rəhbərliyindən Ərdoğana MESAJ: “Azərbaycanın maraqları mütləq nəzərə alınmalıdır"

CHP rəhbərliyindən Ərdoğana MESAJ: “Azərbaycanın maraqları mütləq nəzərə alınmalıdır"

İqtisadiyyat

22 Dekabr 2014, 23:10


Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə axırıncı səfərindən sonra Avropanın enerji xəritəsinin dəyişəcəyi ilə bağlı məsələlər gündəmdədir. Kreml başçısını Vladimir Putinin Türkiyədə Rusiyanın “Cənub axını”ndan imtina etməsini bəyan etməsi Ankara ilə yeni enerji layihələrinin başlanğıcı üçün əsas oldu. “Türk axını” layihəsinin və Rusiyanın TANAP enerji layihəsində iştirakının gündəmə gəlməsi Azərbaycanın proseslərə hansı statusda rəng qatacağı məsələsini aktuallaşdırır.

Türkiyə ilə Rusiyanın enerji sahəsindəki əməkdaşlığını genişləndirməsinin bölgənin perspektiv enerji siyasətinə təsiri ilə bağlı türkiyəli ekspertlər şərh veriblər.  

Modern.az saytının məlumatına görə Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin analitik Həsən Səlim Özertem “Vestnik Kavkaza” portalına açıqlamasında bildirib ki, Putinin Ankara səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açdı.  

“Amma bu gün bir sıra məsələlər haqqında qeyri-müəyyənlik var və buna görə konkret hərəkətlər haqqında danışmaq hələ tezdir. Hətta Putinin Türkyədəki mətbuat konfransından sonra Yunanıstan və Türkiyə sərhədində kimin xab tikəcəyi aydın deyil. Bu, əhəmiyyətli məsələdir. Əlbəttə ki, soz söz Avropa Birliyinindir”,-deyə ekspert bildirib.   Politoloqun sözlərinə görə Türkiyə üçün prioritet TANAP boru kəməridir. Ankara Azərbaycan qazınının Türkiyə vasitəsi ilə Cənubi Avropa ölkələrinə  çatdırmağa məcburdur.

“Amma “Türk axını” ilə TANAP-ı müqayisə etmək yersizdir. TANAP hazır layihədir. Burada tam aydınlıq var, təchizatçılar, alıcılar, həcmlər, qiymətlər bəllidir. Amma “Türk axını” barədə bunu demək olmaz. TANAP-ın  2015-ci ildə tikintisi başlayacaq. “Türk axını” ilə bağlı isə hökumətlər arasında hələ ki, razılaşma yoxdur. Onun həcmi, marşrutu da aydın deyil. Şayiələr var idi ki, “Türk axını” ilə Cənubi Avropa ölkələrinə qaz Yunanıstan vasitəsi ilə veriləcək. Amma sonrakı bəyanatlardan belə anlaşıldı ki, marşrut Yunanıstan vasitəsi ilə Makedoniya, Serbiya və oradan da Avstriyaya qədər uzanacaq”.  

Ekspert hesab edir ki, “Türk axını” xətti cənub istiqamətində getsə, bu zaman Azərbaycan qazı ilə rəqabət yaranacaq. Həsən Səlim Özertem bildirib ki, “Türk axını” və TANAP-da  müxtəlif marşrutlar və bazarlar olacaq.

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanının müavini, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti Faruk Loğoğlu “Türk axını”nı kifayət qədər mürəkkəb layihə adlandırıb. “Heç kim şübhələnmir ki, layihənin reallaşdırılması kifayət qədər mürəkkəb şəraitdə olacaq. İlk növbədə belə görünə bilər ki, Putin Avropanı cəzalandırmağa qərar verib və bu prosesə Türkiyəni cəlb edib. Bu gün Türkiyə energetika sahəsində Rusiyadan asılılığı artır. Bu isə düzgün siyasət deyil”.  

CHP başqanının müavininin fikrincə Türkiyə Azərbaycan qazı ilə yanaşı İran və Türkmənistan qazını da Avropaya çatdıra bilər. “Amma hesab edirəm ki, “Türk axını”nı buraxmzadan əvvəl, Azərbaycanın da maraqlarını mütləq nəzərə almaq lazımdır”,-deyə analitik bildirib.    

Aqşin Kərimov

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...