Modern.az

Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt istifadəyə verilib

Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt istifadəyə verilib

Qarabağ

23 Avqust 2010, 13:02

"İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt istifadəyə verib.
İctimai Birlikdən verilən məlumata görə, saytlar //myfuzuli.wordpress.com və  //myjabrail.wordpress.com internet ünvanlarında yerləşdirilib. Saytlarda Azərbaycan, ingilis və rus dillərində işğal altında olan rayonların tarixi, memarlıq abidələri, təbii sərvətləri haqqında məlumatlar yerləşdirilib.
Qeyd edək ki, Mərkəz tərəfindən bu günə qədər “Mənim Qarabağım, mənim Azərbaycanım” devizi altında Şuşa, Laçın, Ağdərə, Ağdam haqqında saytlar artıq istifadəyə verilib.
Cari ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlara həsr olunmuş saytların istifadəyə verilməsi planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama