“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin yaxın günlərdə toplantısı keçiriləcək. Bu barədə saytımıza icmadan məlumat verilib. Məlumatda qeyd edilir ki, əsas müzakirə olunacaq məsələ Rusiya prezidenti Medvedyevin Ermənistana səfəri zamanı bu ölkələr arasında hərbi sahədə imzalanan müqavilələrlə bağlı olacaq.
Toplantının sonunda “Dağlıq Qarabağın azərbaycanlı icması”nın məsələ ilə bağlı bəyanat verəcəyi gözlənilir.
İdarə Heyətinin toplantısında icmanın gördüyü işlər və digər məsələlər də müzakirə olunacq.
Modern.az