Modern.az

“Azərneftyağ” zavodunda rəhbər işçilər ixtisar olunacaq, fəhlələr yox - ARDNŞ-in vitse-prezidenti

“Azərneftyağ” zavodunda rəhbər işçilər ixtisar olunacaq, fəhlələr yox - ARDNŞ-in vitse-prezidenti

İqtisadiyyat

25 Dekabr 2014, 13:55

“Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır. “Azərneftyağ” zavodunda da bir o qədər rəhbər vəzifədə çalışan var”.

Modern.az xəbər verir ki, bu barədə ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib. O qeyd edib ki, ümumilikdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100  nəfər çalışır:

“Bizim məqsədimiz iki zavodu bir mərkəzdən idarə etməkdir. Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, 2  baş mühəndis ola bilməz. Deməli, burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik, şəffaflıq təmin ediləcək”.

Şirkətin vitse-prezidenti əlavə edib ki, "Azərneftyağ" zavodunda yanacaq və bitum sexləri var, burada çalışan fəhlə kontingentinə ixtisarların dəxli yoxdur:
“Bir daha vurğulayırıq ki, zavodda çalışan fəhlələr öz vəzifələrində qalacaqlar”.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...