Modern.az

Kamal Abdullayev müşavirə keçirib: “Prezidentin hər sözü bizim üçün yeni hədəfdir”

Kamal Abdullayev müşavirə keçirib: “Prezidentin hər sözü bizim üçün yeni hədəfdir”

25 Dekabr 2014, 17:36


Azərbaycan Respublikası millətlərarsı, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev dekabrın 24-də müşavirə keçirib.

Modern.az xəbər verir ki, müşavirədə Prezident yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bakı Slavyan Universitetinin, “Kultura+” internet televiziyasının kollektivləri iştirak edib. 

K.Abdullayev əvvəlcə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibəti ilə xalqı təbrik edib: “İlham Əliyev Azərbaycanın daxili və xarici siyasətinin uğurları üçün son dərəcədə titanik işlər görür. Ölkəmizin həqiqətlərinin tanıdılması, dünyadakı nüfuzumuzun artması cənab prezidentin amalıdır. Biz bu yolda onun köməkçiləri, yaxın silahdaşlarıyıq”.

Azərbaycanda son dövrlər bütün sahələrdə cahanşümul işlər görüldüyünü xatırladan dövlət müşaviri multikulturalizm istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb: “Cənab Prezident çıxışlarında hər dəfə qeyd edir ki, azərbaycanlının həyat tərzinə çevrilən multikulturalizm, tolerantlıq dünya üçün nümunədir. İlham Əliyev bir il ərzində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi yaratdı. Prezidentin Fərmanı ilə Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin formalaşması da həmin missiyanın davamıdır. Bakı Slavyan Universiteti də bu amala xidmət edir. Azərbaycanın daxili, xarici, hüquq siyasətinin prioriteti olan multikulturalizm təkcə adını çəkdiyim qurumların deyil, digər rəsmi orqanların, vətəndaş cəmiyyəti institutlarının, təhsil və elm ocaqlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Artıq öz işini qurmuş Bilik Fondu, yeni fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandan kənarda da tanınır”.

Bilik Fondunun içraçı direktoru Oktay Səmədov Prezidentin cəmiyyətin maarifləndirilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkib. Onun sözlərinə görə, İlham Əliyevin hər bir azərbaycanlıya göstərdiyi diqqət və qayğı ölçüyəgəlməzdir:

BSU-nun rektoru Asif Hacıyev universitetin inkişafında Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışıb, “hər birimiz prezidentimizin əsgəriyik” deyə sözünü yekunlaşdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin içraçı direktoru Azad Məmmədov rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən danışıb.

Dövlət müşaviri K.Abdullayev deyib ki, tezliklə yerli və xarici ali təhsil ocaqlarında bakalavr və magistratura pilləsində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris olunacaq. Onun sözlərinə görə, artıq dünyanın 7 nüfuzlu universiteti ilə bu barədə razılıq əldə olunub. Fənnin tədrisi üçün yüksək ixtisaslı kadrların hazırlanması üzrə proqram həyata keçirilir. “Təsəvvür edin, xarici bir vətəndaş “Azərbaycan multikulturalizmi” fənni çərçivəsində ölkəmizin tarixini, dilini, mədəniyyətini, coğrafiyasını öyrənəcək. Zamanla dünya ictimaiyyəti Azərbaycanı daha yaxından tanıyacaq”.

Müşavirədə Bilik Fondunun “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi “Azərbaycanın geologiya elmi Çexiyada” sərgi-konfransının yekunları ilə bağlı hesabat dinlənilib, layihə üzrə həyata keçirilən tədbirlərin video və foto görüntüləri təqdim olunub.

K.Abdullayev “Azərbaycan geologiya elmi Çexiyada” layihəsinin gedişindən razı qaldığını, layihə çərçivəsində ikitərəfli görüşlərin və birgə əməli tədbirlərin davamının zəruriliyini vurğulayıb.

Dövlət müşaviri Fridrix fon Dits tərəfindən "Kitabi-dədə Qorqud" dastanının “Təpəgöz” boyunun alman dilinə çevrilərək nəşr edilməsinin 200-cü ilinin yüksək səviyyədə qeyd olunmasına dair verdiyi tapşırıqların hansı səviyyədə yerinə yetirilməsi ilə də maraqlanıb.

Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva “Fridrix fon Dits: “Kitabi-dədə Qorqud" – 200 – Fridrix fon Dits” proqramı ilə baglı hesabat verib. E.Əliyeva tədbirlər planının təşkili üçün Fonda daxil olan xeyli sayda təkliflər barədə ətraflı məlumat verib. K.Abdullayev orta əsr oğuz xalqları yaradıcılığının görkəmli abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının təkcə filoloqlar deyil, cəmiyyətin bütün kəsimləri arasında təbliğinin əhəmiyyətini vurğulayıb: “Filoloqlar onsuz da “Kitabi-Dədə Qorqud" dastanı ilə yaxından tanışdılar. Məqsədimiz mənəvi abidəmiz olan “Dədə Qorqud” dastanının daha geniş əhali arasında təbliğinə nail olmaqdır. Qoy riyaziyyatçılar, iqtisadçılar, texnoloqlar, həkimlər, bir sözlə, hər bir azərbaycanlı bu möhtəşəm əsərin cazibəsinə düşsün”.

Maarifçilik işinin aparılması, dastanın hərtərəfli tədqiqi və əhaliyə çatdırılması üçün Bilik Fondunun qarşısında böyük işlər durduğunu deyən K.Abdullayev görkəmli alimlərdən və ictimai xadimlərdən ibarət işçi qrupunun yaradılmasını tapşırıb.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI