Modern.az

Xoşqədəmlə Doğuşun toyundan FOTOLAR

Xoşqədəmlə Doğuşun toyundan FOTOLAR

Media

25 Dekabr 2014, 21:02


Bu gün tanınmış aparıcı Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla Bakıda toy mərasimi keçirilir. 

“Qafqazinfo”nun toyda iştirak edən əməkdaşı xəbər verir ki, mərasim Kempinski otelində qeyd edilir. Toy artıq başlamaq üzrədir. Qonaqlar bəylə gəlinin gəlişini gözləyirlər. Toyu müğənni Cavanşir Məmmədov idarə edir.      Teleaparıcı Xoşqədəm Hidayətqızı hazırda baş tutan toyunda göz yaşı töküb. 

Mərasimdə çıxış edən aparıcı xoşbəxt olduğunu bildirib və göz yaşlarını saxlaya bilməyib: 

“Bu gün çox xoşbəxtəm. Çox əziyyətlər çəkmişəm. Ulu öndərin sayəsində təhsil aldım. Bu günü  toy kimi qələmə verməyin, bu gün dostlarımıza ürək sözlərimizi demək istədim. Bu gün yazılmışdı ki, oğlum burada iştirak etməyəcək, bu cür xəbərlər məni üzür. Oğlum xaricdə təhsil alır. Bir azdan burda olacaq. Mən oğlumu əziyyətlə böyütmüşəm, Allah heç kimi böyüksüz etməsin”.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi