Modern.az

“Onlayn” mediaya bəd xəbər: Büdcədən yardım ayrılmayacaq

“Onlayn” mediaya bəd xəbər: Büdcədən yardım ayrılmayacaq

Qarabağ

26 Dekabr 2014, 10:36


Bir müddət öncə internet mediaya da 2015-ci ildən dövlət tərəfindən maliyyə ayrılması məsələsi gündəmə gəlib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına deyib ki, hazırda “onlayn” xəbər portallarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşməsi faktiki olaraq gözlənilmir.

Onun sözlərinə görə, dövlət fondu KİV-lərin maliyyəsinin artırılmasını istərsə, buna ehtiyac duyarsa, o zaman məsələyə baxıla bilər.

Əflatun Amaşov hazırda bununla bağlı hər hansı müzakirə aparılmadığını da qeyd edib.

Məltəm Talıbzadə

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu