Modern.az

Milli Məclisin payız sessiyasının son GÜNDƏLİYİ

Milli Məclisin payız sessiyasının son GÜNDƏLİYİ

Təhsil

26 Dekabr 2014, 11:04


“Milli Məclisin növbəti iclası dekabrın 30 da keçiriləcək. Bu, həm payız sessiyasının, həm də ümumilikdə 2014-cü ildə Milli Məclisin son iclası hesab olunur”.

Bunu  Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.

O qeyd edib ki, iclasın gündəliyinə 21 məsələ daxildir. Payız sessiyasının son iclasında “Hərbi vəzifə və hərbi xidmət ”, “Dövlət qulluğu”, “Azərbaycan Respublikasının vətəndaşlığı” və digər qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi məsələlərinə baxılacaq.

Akif Təvəkküloğlu bildirib ki, ənənəvi olaraq payız sessiyasının sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciətini də təsdiq edir.

Ulduz İbrahimova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu