Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” 2015-ci il üçün nəzərdə tutulan büdcəsini təsdiq edib.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, separatçı qurumun gələn ilki büdcəsinin gəlirləri 184,2 milyon dollar (83,2 milyard dram), xərcləri isə 195 milyon dollar (88,1 milyard dram) təşkil edəcək. Büdcə kəsri isə 10,8 milyon dollar təşkil edir.
Hesabatda qeyd olunur ki, 184,2 milyon dollarlıq büdcənin 79,6 milyon dolları separatçıların əldə etdikləri gəlir, 100,7 milyon dollar isə Ermənistan Respublikasının ayırdığı yardımlardan ibarətdir.Modern.az