Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə xəbərdarlıq edib.
NİİM-dən Modern.az saytına verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti Əsas yolda Yusif Səfərov küçəsi ilə kəsişməsindən Bağırov körpüsünə qədər olan hissəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti kənar yoldan istifadə etmələri tövsiyə olunur.
Modern.az